Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü

Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
DÜNYA
15:15 20.04.2026
645
Moskva vilayətində yerləşən Mıtişi şəhərində baş verən faciə nəticəsində gənc ailə həyatını itirib.

AZXEBER.COM ajans.az-a istinadla xəbər verir ki, Mıtişi "Fest” Teatrının 28 yaşlı aktyoru Vladislav Benqraf və həmin teatrın makiyaj şöbəsinin 23 yaşlı rəhbəri, onun həyat yoldaşı Yevgeniya mənzillərində baş verən qanlı münaqişə zamanı ölüblər.

Moskva Vilayət Prokurorluğunun məlumatına görə, hadisə aprelin 19-na keçən gecə baş verib. İlkin məlumata əsasən, mübahisə qadının boşanmaq üçün ərizə vermək niyyəti səbəbindən yaranıb.

Sözlü münaqişə qısa müddətdə bıçaqlı davaya çevrilib. Bildirilir ki, kişi həyat yoldaşının boyun və sinə nahiyəsinə bir neçə zərbə endirib. İstintaqın versiyasına görə, qadın özünü müdafiə etmək üçün bıçaq götürüb. Nəticədə hər iki tərəf ağır yaralanıb və təcili yardım gələnə qədər hadisə yerində ölüb.

Qonşular mənzildən gələn səs-küy və qışqırıqları eşitdikdən sonra hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Cütlüyə yaxın şəxslərin sözlərinə görə, onların münasibətləri uzun müddətdir gərgin olub. İddia edilir ki, qadın ərinin davranışlarına görə ciddi emosional stress yaşayırdı. Münaqişələr tez-tez təkrarlanır, lakin sonradan barışıq baş verirdi. Son vaxtlar isə qadının ayrılmaq qərarı verdiyi bildirilir.

Məlumata görə, hadisədən bir gün əvvəl Yevgeniya dostlarının məclisində olub. Həmin gün Vladislav isə müvəqqəti qaldığı qayınanasının evindən çıxaraq əvvəlcə teatra, daha sonra dostları ilə görüşə gedib. Sonradan isə faciənin baş verdiyi Mıtişidəki mənzilə yollanıb.

Hər iki şəxs "Fest” Teatrı ilə bağlı olub. Vladislav Benqraf müxtəlif tamaşalarda, o cümlədən "Sirano de Berjerak” və "Mafioso” səhnə əsərlərində çıxış edib. Yevgeniya isə qrim şöbəsinə rəhbərlik etməklə yanaşı, teatr truppasında da fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada yeddi təyyarədə axtarış aparıldı
21:49 03.11.2026
Avropada yeddi təyyarədə axtarış aparıldı
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar