Tanınmış güləşçilərin aksiya keçirmələrinin gizli səbəbi: Əvvəllər “bəy” kimi dolananlar indi niyə moykalarda işləyir?

Tanınmış güləşçilərin aksiya keçirmələrinin gizli səbəbi: Əvvəllər “bəy” kimi dolananlar indi niyə moykalarda işləyir?
SOSİAL
16:26 28.07.2017
10628

Xəbər verdiyimiz kimi, bu gün Bakıda güləşçilərimiz etiraz aksiyası keçiriblər.

AZXEBER.COM xəbər verir ki, aksiyaya səbəb Güləş Federasiyasının idmançılara qarşı biganəliyi, 15 aydır ki maaşların verilməməsi, məşq zallarındakı şəraitsizlik olub. Aksiyada olimpiya çempionu Toğrul Əsgərov, "Rio” olimpiyadasının bürünc medalçısı Rəsul Çunayev, tanınmış güləşçi Hacı Əliyev və digərləri iştirak ediblər.

Aksiyaya gələn idmançılar mövcud vəziyyətin getdikcə pisləşdiyini və 3 həftə sonra başlayacaq güləş üzrə dünya çempionatına heç bir hazırlığın getmədiyini bildiriblər. Onlar belə olan halda bu yarışda da iştirak etməyəcəklərini əlavə ediblər.

Məsələ ilə bağlı AZXEBER.COM bir sıra gizli qalan məqamları öyrənə bilib. Məlumata görə, maliyyə sıxıntısı çəkən sərbəst və yunan-roma güləşi üzrə Azərbaycanın tanınan idançıları ölkədən getmək barəsində düşünürlər. Hətda bir müddət öncə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasında çıxış edəcəyi ilə bağlı yayılan xəbərlər də təsadüfi olmayıb. Həmin ərəfələrdə Toğrul Əsgərov xəbərləri təkzib etsə də, əslində onun da belə bir fikri olub. Ancaq rəhbərlik ona vəd verərək problemlərin aradan qaldırılacağına inandırsa da, bu vəd də çox keçmədən özünü doğrultmayıb. Nəticədə idmançılar aksiya etmək qərarına gəliblər. 

Bundan başqa Güləş Federasiyasında maliyyə problemlərinin yaşanmasının ən böyük səbəbi federasiyanın Vergilər naziri Fazil Məmmədovun kurasiyasından çıxması olub. Belə ki, öncələr nazirə yaxın çevrələrin dəstəyi ilə ayaqda duran federasiya Gənclər və İdman nazirliyinin nəzarətinə keçəndən sonra tamamilə maliyyəsiz qalıb. Fazil Məmmədovun dəstəyi zamanı "bəy" kimi dolanan idmançılar, indi tamamilə diqqətdən kənarda qalıblar. Məlumata görə, idmançıların hər ay "Ata Bank"da olan hesablarına vaxtı-vaxtında maaşları yüklənirmiş.

Hazırda nazirlik federasiyanın xərclərinin böyük əksəriyyətini qarşılamır. Hətda yarışlara ayrılan büdcələr də sıfırlanıb. 
Məlumata görə, Rio olimpiyadasında ən çox medalı güləş üzrə milli komandanın üzvləri alsa da pul mükafatları hələ də sahibinə verilməyib. 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bakir olmayan kişi, bakirə qız almağı kişilik bilir" - Səmradan qalmaqallı açıqlama
16:30 17.10.2025
"Bakir olmayan kişi, bakirə qız almağı kişilik bilir" - Səmradan qalmaqallı açıqlama
Ramiz Mehdiyev hazırda bu villasındadır - Qonşusu Ramil Usubovdur
16:22 17.10.2025
Ramiz Mehdiyev hazırda bu villasındadır - Qonşusu Ramil Usubovdur
İsa Həbibbəyli: Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılır
16:20 17.10.2025
İsa Həbibbəyli: Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılır
DTX rəisi Səmərqənddə iclasda iştirak etdi - FOTO
16:18 17.10.2025
DTX rəisi Səmərqənddə iclasda iştirak etdi - FOTO
Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək
16:14 17.10.2025
Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək
“Qəzza nəfəs alsın” deyərək rekordunu təzələdi - VİDEO
16:13 17.10.2025
“Qəzza nəfəs alsın” deyərək rekordunu təzələdi - VİDEO
"Əlbəttə ki, bu halların bir sonu olmalı idi" - Deputat
16:11 17.10.2025
"Əlbəttə ki, bu halların bir sonu olmalı idi" - Deputat
MDB dövlətləri təhlükəsizlik qurumlarının 57-ci iclası keçirilib
15:49 17.10.2025
MDB dövlətləri təhlükəsizlik qurumlarının 57-ci iclası keçirilib
"Baku TV" və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
15:36 17.10.2025
"Baku TV" və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
"Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasında qalması hüquqi baxımdan düzgün deyil" - AÇIQLAMA
15:28 17.10.2025
"Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasında qalması hüquqi baxımdan düzgün deyil" - AÇIQLAMA
Azərbaycanda pensiya yaşı artırılacaq? - RƏSMİ AÇIQLAMA
15:23 17.10.2025
Azərbaycanda pensiya yaşı artırılacaq? - RƏSMİ AÇIQLAMA
Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı
15:22 17.10.2025
Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı
Rafiq Mehdiyev vəfat etdi
15:19 17.10.2025
Rafiq Mehdiyev vəfat etdi
“Heç biri ailəmin deyil” — Əli Həsənov 2 milyardlıq mülklərdən danışdı
15:18 17.10.2025
“Heç biri ailəmin deyil” — Əli Həsənov 2 milyardlıq mülklərdən danışdı
Azərbaycanda pensiya ilə bağlı hansı yeniliklər gözlənilir? Deputatdan açıqlama
15:14 17.10.2025
Azərbaycanda pensiya ilə bağlı hansı yeniliklər gözlənilir? Deputatdan açıqlama
"Siyavuş Novruzov Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq bir cümlə deyib tarix yazaydı”
15:13 17.10.2025
"Siyavuş Novruzov Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq bir cümlə deyib tarix yazaydı”