Tanınmış idmançının xalası koronavirusdan öldü - FOTO

İDMAN
10:14 14.03.2020
4548
UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqorun xalası koronavirusdan ölüb.
 
Bu barədə idmançının özü "İnstagram” səhifəsində paylaşım edib. İzləyiciləri ilə kədərini bölüşən döyüşçü qeyd edib ki, xalası Annanın ölümü barədə Dublində efirə çıxmağa hazırlaşarkən məlumat alıb.

"Efirə çıxa bilmədim. Yazıq xalam. Anamın bacısı. Bu axmaq bir virusdur”, - deyə tanınmış idmançı yazıb.

Makqreqor insanları gigiyena qaydalarına əməl etməyə, həmçinin əllə görüşməkdən çəkinməyə çağırıb.
 
///Azvision.az
 

 


OXŞAR XƏBƏRLƏR