Tanınmış teleaparıcı avtomobillə adam vurdu - FOTOLAR
MƏDƏNİYYƏT
14:12 16.10.2012
1742
“Mən avtomobillə işə tələsərkən başım telefona qarışır və yolu keçmək istəyən aktrisa Mehriban Xanlarovanı vururam. Daha sonra polislərlə yanaşı onun ailə üzvləri ilə də problemlər yaşayıram”- bu sözləri açıqlamasında tanınmış teleaparıcı İlkin Həsəni deyib.Məsələ burasındadır ki, İlkin rejissor Şahin Zəkizadənin çəkdiyi “Həkimlər” serialında rol alıb və onun ilk obrazı əsas qəhrəmanlardan biri Mehriban Xanlorovanın “qatili” olur.“Təklif Şahin Zəkizadədən gəlib. Hələ epizodik səhnədə çəkilmişəm. Rejissor deyir ki, uğurlu olsa, davamında da çəkiləcəm. Mənim fikrimcə, maraqlı alınıb”.