Tanınmış xanım aparıcı: “Sonunu düşünən qəhrəman ola bilməz” - MÜSAHİBƏ

Tanınmış xanım aparıcı: “Sonunu düşünən qəhrəman ola bilməz” - MÜSAHİBƏ
MAQAZİN
16:50 16.01.2012
3942

Xəbər verdiyimiz kimi 10 yanvar tarixində Azərbaycan Tədris Akademiyasında (A.S.A) BDU tələbələri üçün ödənişsiz aparıcılıq təlimi keçirilib. Təlim zamanı gənclərlə birlikdə hər iki telejurnalist bugünkü Azərbaycan televiziyalarında yayımlanan verilişlərlə bağlı fikir mübadiləsi aparıblar. Təlimin ardından “Space” televiziyasının aparıcısı Lətafət Ələkbərova AZXEBER.COM-a müsahibə verib. Müsahibəni təqdim edirik...

- Azərbaycan Tədris Akademiyasında keçirilən təlimlə bağlı münasibətlərinizi bilmək istərdik.

Çox müsbət oldu. Mən istərdim ki, gənclərimizin hamısı istəklərinə nail olsunlar, uğur əldə etsinlər. Uğur əldə etmək çox da çətin deyil, sadəcə bunu ürəkdən istəmək və bu yolda irəliləmək lazımdır.

-Neçə ildir aparıcılıqla məşğulsunuz?

17 ildir ki mən aparıcılıqla məşğulam. 7 il bir neçə televiziyada fəaliyyət göstərmişəm. Son 10 ildə isə, “Space” televiziyasında çalışıram.

-Bugünkü Azərbaycan televiziyalarının vəziyyəti sizi qane edirmi?

Mən bu barədə danışmaq istəmirəm. Çünki bu çox geniş bir mövzudur.

-Hazırda “Space” televiziyasında işləyirsiniz, amma efirdə sizi əvvəlki kimi çox görmürük. Bunun səbəbi nədir?

Bəli işləyirəm. Amma yeni bir layihəm hələ ki yoxdur. Amma yaxın vaxtlarda ola bilər. 

-Qəzetlərlə və internet portalları ilə heç bir əməkdaşlığınız yoxdur?

Mən ancaq teleaparıcı kimi fəaliyyət göstərirəm. Televiziyadan başqa heç bir qəzet və jurnallarda fəaliyyət göstərmirəm. Əvvəllər yazırdım, ancaq televiziyaya keçəndən sonra daha yazmıram.

-Bir aparıcının bir neçə veriliş aparması sizcə problemdirmi?

Alınırsa, niyə də olmasın. Bu rəhbərliyin güvənidir. Həm də televiziyada elə bir qanun yoxdur ki, gənclər televiziya aparıcısı ola bilməz. Kim bacarıqlıdırsa o da veriliş apara bilər. 

-Azərbaycan televiziyalarında məşhur olmaq asandır yoxsa çətin?

Həyatda belə bir prinsip var ki, sonunu düşünən qəhrəman ola bilməz. Yəni ki, bu artıq həyat prinsipidir. Yəni insan nəyəsə atılırsa, öz məqsədini bilməlidir. Çalışmalıdır ki, keyfiyyətli iş görsün. Sonrası da artıq insanların seçiminə buraxılır. Kütlə qəbul eləyirsə, sevirsə, deməli, bu çox gözəl şeydir. Məsələn məni daha çox televiziyada xanımlar qəbul edir. Əgər müəyyən bir kütlənin sevgisini qazanmışamsa bu mənim üçün çox böyük xoşbəxtçilikdir. Vacib deyil ki, səni hamı sevsin.

-“Space”də Vaqif Bəxtiyaroğlu ilə apardığınız hava proqnozu sizin öz layihənizdir, yoxsa layihə xarici televiziyalardan götürülüb?

Havayla bürcləri əlaqələndirmək Vaqif Mustafayev fikri idi. Bildiyiniz kimi o, rejissorluq baxımından çox güclü bir sənətkardır. Məncə onun bu ideyası çox uğurlu oldu.

-Son illərdə “Space” televiziyasının baxımlılığı digər kanallara nisbətən daha aşağıdır. Bunun səbəbi sizcə nədədir?

Mən bu barədə fikir bildirmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, heç bir insan bir televiziyaya baxmır. “Space”ində öz izləyicisi, öz auditoriyası var.

-Şou-biznesdə daha çox adınız hallanır. Gələcəkdə bu sahəyə qoşulmaq fikriniz varmı?

Arada mahnılar oxuyuram. Amma peşəkar səviyyədə yox. Onu deyim ki, uşaqlıqda Rəhim Rəhimliylə Nurlanla birlikdə musiqiyə biz hamımız eyni dövrdə gedirdik. Heyfislənirəm ki, niyə yarımçıq qoydum. Biz plan qura bilmərik. Bu Allahın işidir.

-İnsanların xoşuna gələ bilmək üçün nələr etmək lazımdır?

İlk növbədə insan baxımlı olmalıdır. İstər qadın olsun, istər kişi. Daha sonra insanın özünə və onu izləyənlərə qarşı hörməti olmalıdır.

-Siz qadın aparıcının açıq-saçıq geyiminin tərəfdarısınız?

Hər şeyin öz norması var. Təbii ki, aparıcı göz önündədir və onun qapanması düzgün deyil. Hazırda bizdə bizdə açıq-saçıqlığa o qədər də önəm verilmir. Bizim xarici televiziyalardan ən böyük fərqimiz bundadır. 

-Evlilik proqramının aparıcısı olmaq təklifi gəlsə, bunu qəbul edərdinizmi?

Mən buna pis baxmıram. Dünyanın hər yerində belə proqramlar var. Amma dəqiq deyə bilmərəm ki, apararam yoxsa yox. Elə məqamlar olur ki, onda seçim eləmirsən. Hər şey zamandan asılıdır.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı