Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU

Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU
SOSİAL
21:46 09.09.2026
83
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə araşdırmasının yekunlaşdığı elan edildikdən sonra prokuror təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək İqor Lısenko 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində baş verib.

İlkin araşdırmalarla 1982-ci il təvəllüdlü İqor Lısenkonun tanışı, 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqlayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, qətlə yetirilən İlqar Məmmədov hadisədən bir müddət əvvəl İqor Lısenkonun dəvəti ilə Rusiyadan Bakıya qonaq gəlibmiş.
OXŞAR XƏBƏRLƏR