Benzinin qiymətinin qalxması ilə bağlı Tarif Şurasına müraciət edilməyib və hazırda bu məsələ gündəmdə deyil.
AZXEBER.COM-a bu barədə Tarif Şurasından bildiriblər.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov gələn il yanvar ayından Azərbaycanda yanacağın keyfiyyəti ilə əlaqədar “Euro-3” standartının tətbiqi ilə yanacağın qiymətində cüzi artım ola biləcəyi ehtimalını deyib.