Stadiondakı toqquşmada 74 nəfər ölüb, 1000-dən çox insan yaralanıb
Misirin məşhur futbol komandası "El Ehli" ilə Port-Səidin "Əl Məsri" komandaları arasında oynanan matçdan sonra tamaşaçıların meydançaya enməsi nəticəsində 74 nəfər ölüb,mindən çox insan yaralanıb.
AZXEBER.COM-un məlumatına görə, bir qrup azarkeş "Port Səid" stadionunu yandırmağa çalışarkən, bəzi azarkeşlər də bu gərginliyi stadionun kənarında hərbi idarəçilik əleyhinə aksiyaya çeviriblər.
Misirdə yayımlanan "Modern Sport" kanalı ölkə rəsmilərinə istinadən toqquşmalarda ölənlərin sayının arta biləcəyini, xəstəxanaya aparılanlar arasında çox sayda ağır yaralının olduğunu bildirib. Yarırəsmi "El Ahram" qəzeti isə qonaq komanda "El Ehli"nin hərbi birliklər tərəfindən stadiondan çıxarılma çalışıldığını, ancaq komandanın hələ Port Səiddə olduğunu qeyd ediblər. İndiyə qədər ölənlər arasında futolçu olub-olmadığı bilinmir. Bəzi mənbələr yaralılar arasında hər iki komandanın futbolçuların olduğunu bildiriblər.
Anadolu Agentliyinin telefonla danışdığı Port Səid sakinləri şəhər mərkəzində hərbi birliklərin tədbirlər gördüyünü, stadionun ətrafından isə silah səslərinin gəldiyini qeyd ediblər. Müxalif "Əl Vəfd" qəzeti stadiondakı təhlükəsizlik qüvvələrinin hadisələrin qarşısını almaqda çətinlik çəkdiyini və hadisələrin stadionun ətrafına yayıldığını xəbər verib.
Digər tərəfdən, paytaxt Qahirədə "Zamalek" və "İsmailiyyə" arasında oynanan liqa matçının Port Səiddəki hadisələrdən sonra ləğv ediilməsindən sonra azarkeşlər polislə toqquşmağa başlayıblar. Bir qrup qəzəbli azarkeşin stadionu yandırdığı bildirilir. Paytaxt Qahirədə baş verən toqquşmalarda çox sayda insanın yaralandığı qeyd edilir. Misirin rəsmi "Nil" televiziyası ən azı 100 azarkeşin yaralandığını, stadionun kənarında isə yanğının davam etdiyini xəbər verib.
Xarici işlər naziri Əhməd Davudoğlu Misirin xarici işlər naziri Məhəmməd Kamil Amra zəng edərək hadisədən üzüldüyünü bildirib. Nazirə başsağlığı verən Davudoğlu hər cür yardıma hazır olduqlarını deyib.