“Tarixi abidələrin təmirinə ayrılan pulları necə yemək olar?” - Sabir Rüstəmxanlı

“Tarixi abidələrin təmirinə ayrılan pulları necə yemək olar?” - Sabir Rüstəmxanlı
MANŞET
15:51 11.05.2020
3725
8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat cəmiyyət tərəfindən müsbət qarşılanıb. 

Nazirliyin yüksək vəzifəli şəxsləri, nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib. 

Bu əməliyyat nəticəsində məlum olub ki, nazirliyin yüksək vəzifəli əməkdaşları dövlətdən mədəniyyət sahəsinə ayrılan vəsaiti mənimsəyib.

Millət vəkili, Vətəndaş Həmrəliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı AZXEBER.COM-a açıqlamasında nazirlikdə baş tutan əməliyyat haqqında danışıb: 

"Bu çox böyük bir cinayətdir. Onsuzda tarixi abidələrimiz az qalıb, onların da hansı vəziyyətdə olduğu hər kəsə bəllidir. Mən bütün detalları bilmirəm, ancaq tarixi abidələrə ayrılan pullar mənimsənilibsə, bu böyük cinayətdir. Bu yetimlərin pulunu oğurlamaq, onlara ayrılan sosial yardımı oğurlamaq kimi bir şeydi. 

Tarixi abidələr də dədə və babalarımızın bizə əmanət qoyduğu yadigarlardır. Ona və  onun təmirinə ayrılan pulu necə yemək olar? Bu ürək ağrıdan bir haldır. 
 
Onu da deyə bilərəm ki, Mədəniyyət Nazirliyinin  işi diqqətlə gözdən keçirilməlidir. Bu gün rayonlarda kitabxanalarımız  yarı-yarıya ixtisara düşüb, mədəniyyət evləri təmir olmadığı üçün pis gündədir. 

Belə bir təsəvvür var ki, bu millətə mədəniyyət lazım deyil. Çünki mədəniyyətə belə bir soyuq və laqeyd münasibət bəslənilir. 

Böyük mədəniyyət tədbirləri ancaq Bakıda keçirilir. Yeni çapdan çıxan kitablar rayon kitabxanalarına göndərilmir. Əminəm ki, nazirliyin bir sıra işçi və şöbələri ciddi cəzalarını alacaqlar".

Partiya sədri deyib ki, Azərbaycan mədəniyyətin ən böyük dəstəkçisi birinci vitse-prezident Mehriban Əliyevadır:

"Mən son illər bu işdə yalnız Mehriban xanım Əliyevanın fəaliyyətini görürəm. Bu  işlə məşğul olan nazirlik və idarələrin fəaliyyəti o qədər də görünmür. Bunun da məntiqi nəticəsi bu günlərdə həyata keçirilən əməliyyatdır”.
 
Günel Hüseynli
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?
22:23 23.09.2026
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?