TƏBİB-in İdarə Heyətinin sədri təyin edilib

TƏBİB-in İdarə Heyətinin sədri təyin edilib
SAĞLAMLIQ
16:07 02.12.2019
4135
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Ramin Bayramlının "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilməsi haqqında əmr imzalayıb.

Agentlikdən AZXEBER.COM-a verilən məlumata görə, R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb. 2011-2106-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin Klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib.

O, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Hazırda ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyir. "Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri" İctimai Birliyinin təsisçisi və sədr müavinidir.

R.Bayramlı çoxsaylı tibbi məqalələrin, dərs vəsaitlərinin və dərsliyin müəllifidir. O, Türkiyə Respublikasının İstanbul və Ondokuz Mayıs Universitetlərində elmi-tədqiqat işlərini yerinə yetirib, ixtisasartırma kursları keçib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 20 dekabr tarixində ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə Agentliyin nəzdində TƏBİB-in yaradılması haqqında Fərman imzalayıb.

2020-ci ildən TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini, idarəedilməsini və bu sahədə nəzarəti TƏBİB həyata keçirəcək.

TƏBİB beynəlxalq təcrübəni nəzərə almaqla, tabeliyində olan tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
09:02 13.11.2026
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
08:55 13.11.2026
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
08:48 13.11.2026
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
08:36 13.11.2026
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
08:31 13.11.2026
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:24 13.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
08:20 13.11.2026
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
08:06 13.11.2026
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
08:04 13.11.2026
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
07:55 13.11.2026
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
Kafedə atışma olub, ölən və yaralananlar var
07:03 13.11.2026
Kafedə atışma olub, ölən və yaralananlar var
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
06:53 13.11.2026
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
İsrail Ordusu Qəzzada HƏMAS-ın yüksəkrütbəli komandirini öldürüb
06:43 13.11.2026
İsrail Ordusu Qəzzada HƏMAS-ın yüksəkrütbəli komandirini öldürüb
"Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı
06:33 13.11.2026
"Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı
Krakovda növbəti dəfə atışma olub, polis şübhəli şəxsi saxlayıb
06:23 13.11.2026
Krakovda növbəti dəfə atışma olub, polis şübhəli şəxsi saxlayıb
6 min məktəbdə bomba təhdidi: Dərslər dayandırıldı
06:13 13.11.2026
6 min məktəbdə bomba təhdidi: Dərslər dayandırıldı