Tehranda Azərbaycan muğamlarından ibarət möhtəşəm konsert keçirildi

MƏDƏNİYYƏT
09:30 26.10.2012
1588
Tanınmış xanəndə Nasir Ətəpur Tehranda Azərbaycan muğamlarından ibarət möhtəşəm konsertlə çıxış edib. 2012-ci il avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş əhaliyə yardım etmək məqsədilə İran paytaxtının əzəmətli "Vəhdət" konsert və teatr salonunda keçirilmiş konsertdə xanəndəni tarda Etibar Quliyev, kamançada Yaşar Cavadpur, nağarada Rza Nəbahət, balabanda Cəlil Həmidi, pianoda Siyamək Rəcəbi müşayiət ediblər.Konsertin aparıcısı Məsud Fiyuzat olaraq qeyd edib ki, Nasir Ətəpurun xanəndə kimi formalaşmasında Heydər Əliyev Fondunun 2007-ci ildə təşkil etdiyi beynəlxalq muğam müsabiqəsi müstəsna rol oynayıb. O, məhz bu müsabiqənin qaliblərindən biri olandan sonra məşhurlaşıb və öz sənətinə daha böyük sevgi və məsuliyyətlə yanaşmağa başlamışdır. Ötən dövrdə böyük bir yaradıcılıq məktəbi keçmiş xanəndə Azərbaycan Milli Konservatoriyasının magistridir.Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, səfirliyin əməkdaşları, İran ictimaiyyətinin tanınmış simaları tamaşaçılar arasında olublar.

OXŞAR XƏBƏRLƏR