Tehranda metro stansiyaları sığınacağa çevriləcək

Tehranda metro stansiyaları sığınacağa çevriləcək
DÜNYA
01:13 09.09.2026
73
İranın paytaxtı Tehranda metro stansiyalarının sığınacaq kimi hazırlanması üçün işlər aparılır.

Bu barədə Tehranın Şəhər Şurasının sədri Mehdi Çəmran məlumat verib.

Çəmran jurnalistlərə açıqlamasında sığınacaq kimi müəyyən edilən metro stansiyalarının xüsusi lövhələrlə işarələnəcəyini deyib.

Qeyd edək ki, Tehran metrosunda 7 xətt və 163 stansiya var.
OXŞAR XƏBƏRLƏR