“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakcell şirkətinin dəstəyi ilə reallaşıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakcell şirkətinin dəstəyi ilə reallaşıb
İQTİSADİYYAT
16:29 31.07.2019
3945
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin keçirilməsinə dəstək göstərib.

AZXEBER.COM xəbər verir ki, "Nəsimi ili”nə həsr olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin əsas məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını tanıtmaqdır. İyulun 23-dən 29-dək davam edən "Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın şagirdi hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edib.

"Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və "Kapital Bank”ın əsas dəstəyi, "Bakcell”, "Paşa Həyat Sığorta” və "Optimal” şirkətlərinin dəstəyi və digər şirkət və təşkilatların tərəfdaşlığı ilə həyata keçirilib.

Bakcell şirkəti ənənəvi olaraq layihə ərzində iki min kilometrdən çox məsafə qət etmiş "təhsil avtobusu”nda yüksək sürətli internet bağlantısını da təmin edilib.

Uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayan Bakcell şirkətinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Xatırladaq ki, ilin əvvəlində Təhsil Nazirliyi, Bakcell və "AzEduNet” şirkətləri arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlığın məqsədi ucqar kəndlərdə yerləşən 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kartla təmin edilir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir