Təhsil nazirinin keçmiş müavininə yeni vəzifə verildi

Təhsil nazirinin keçmiş müavininə yeni vəzifə verildi
Bütün Xəbərlər
11:11 17.11.2011
2717

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, təhsil nazirinin sabiq müavini Elmar Qasımov yeni vəzifəyə təyin olunub. Qeyd edək ki, Elmar Qasımov sentyabrın 14-də ölkə başçısının müvafiq sərəncamı ilətəhsil nazirinin müavini postundan azad edilib. Baş nazir Artur Rasizadənin noyabrın 3-də imzaladığı qərarla isə E.Qasımov Təhsil Nazirliyinin kollegiya üzvlüyündən də çıxarılıb. Bu gün isə sabiq nazir müavinini Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən azad ediblər. Modern.az-ın məlumatına görə, yeni vəzifəsində Elmar Qasımov Təhsil Nazirliyində olduğu kimi, xaricdə təhsil məsələlərini kurasiya edəcək. E.Qasımov yeni vəzifə ilə işə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) başlayıb. O, ARDNŞ-nin vitse-prezidentinin müavini postuna təyinat alıb. Bu postda E.Qasımov ARDN-nin Təhsil Proqramı üzrə xaricdə təhsil məsələlərini də kurasiya edəcək.

Qeyd edək ki, E.Qasımov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvüdür. AFFA-ya isə ARDNŞ prezidenti Rövnəq Abdullayev rəhbərlik edir. Modern.azxəbəri dəqiqləşdirmək üçün ARDNŞ ilə əlaqə saxlayıb. ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev xəbəri nə təsdiq, nə də təkzib edib: “Mən də belə bir məlumat eşitmişəm. Amma bu təyinata dair əmrlə tanış deyiləm. Ona görə də məlumatı təkzib və ya təsdiq edə bilmərəm”.

Elmar Qasımov 1999-cu ildən 2011-ci ilin sentyabrınadək təhsil nazirinin müavini postunu tutub.O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

OXŞAR XƏBƏRLƏR