Təhsil Nazirliyi aydınlıq gətirdi

Təhsil Nazirliyi aydınlıq gətirdi
Bütün Xəbərlər
15:48 10.09.2013
1047

Azərbaycan Təhsil Nazirliyi kənd məktəblərində işləyən müəllimlərin iş yerini ailə vəziyyəti ilə şəhər məktəbinə hansı qaydada dəyişə bilmələrinə aydınlıq gətirib. AZXEBER.COM nazirliyin saytına istinadən bildirir ki, bir rayon (şəhər) daxilində müəllimlərin yerdəyişməsi məsələsinə rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən baxılır. Bir rayondan (şəhərdən) digər rayona (şəhərə) iş yerinin dəyişdirilməsi üçün isə ərizə ilə Təhsil Nazirliyinə müraciət edilməlidir. Təhsil Nazirliyi tərəfindən müraciətə baxılır və aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq cavab verilir.

OXŞAR XƏBƏRLƏR