Təhsil Nazirliyi rektora və yeni kollektivə uğurlar arzuladı - FOTOLAR

Təhsil Nazirliyi rektora və yeni kollektivə uğurlar arzuladı -  FOTOLAR
Bütün Xəbərlər
12:35 07.08.2015
3058

Avqustun 6-da Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirilib. Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və Gəncə ŞİH rəsmilərinin də iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub.

İclasda 4 ay sürən müalicədən yenicə qayıtmış rektor Akif Süleymanov çıxış edərək, son zamanlar univesitetin ətrafında cərəyan edən proseslər haqqında söz açıb. Sitat: "Universitetimizdəki problemlərin çoxu 20-30 ildən qalmadır. Son 2 ildə biz universitetdə mövcud potensialla müəyyən islahatlar aparmışıq: təcrübə və karyera, xarici əlaqələr və elmi tədqiqat şöbələrini, informasiya mərkəzini yaratmışıq. İmtahanların götürülməsində kompüter sistemini tətbiq etməklə şəffaflığa zəmin hazırlamışıq. 20-ə yaxın xarici ölkənin 135 elm və ali təhsil müəssisəsi ilə əlaqələr yaradaraq mübadilə proqramlarına qoşulmuşuq. 2 ildə 3 beynəlxalq konfransa ev sahibliyi etmişik. Ancaq, buna baxmayaraq müəyyən nöqsanlar hələ də qalmaqda davam edir. Bütün bu problemləri aşkar etmək və aradan qaldırmaqda rəhbərliyin dəstəyinə ehtiyacımız vardı. Biz Təhsil Nazirliyinin hərtərəfli dəstəyinə görə təşəkkür edirik. Düşünürük ki, bu dəstək bizə problemlərin həllində daha inamlı addımlar atmağa imkan verəcək. Bundan sonra da əsas inkişaf platformamız Müştəriyə Yönəlmə Proqramı olacaq. "

Nazir müavini Firudin Qurbanov  deyib ki, universitetdəki təhsillə bağlı problemlər obyektiv və subyektiv səbəblərlə bağlıdır. Ümimilikdə yaranmış vəziyyətdən çıxış yolu isə təhsil sistemini hazırki inkişafa uyğunlaşdırmaqdan keçir. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini İlham Piriyev  isə ATU-ilə bağlı aparılan araşdırma işlərinin nəticələri, vəzifədən azad olunanlar və yeni təyinatlar haqda məlumat verib. Nazir Mikayıl Cabbarovun universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə Vüqar İsmayılovu, elm və texnika üzrə prorektoru vəzifəsinə isə Səbuhi Yusifovu  təyin etməsi haqda əmrləri oxunub, yeni kadrlar kollektivə təqdim olunub. F.Qurbanov həmçinin deyib ki, Təhsil Nazirliyi bu ali məktəbdəki kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması istiqamətində zəruri addımlar atmağa davam edəcək. Universitetin rəhbərliyi və pedaqoji kollektivi isə öz növbəsində göstərilən etimadı doğrultmaq istiqamətində ciddi səy göstərməli, bunun strategiyasını hazırlamalıdır. O, rektor və yeni təyin olananlara bu işin öhdəsindən gəlməkdə uğurlar arzu edib.

Professor Füzuli Məmmədov isə 1994-cü ildən bu yana ilk dəfə universitetə Təhsil Nazirliyindən nümayəndələrin gəldiyini, çətin anda verilən bu dəstəyin problemləri aradan qaldırmaqda böyük stimul olacağını deyib.

Sonda rektor bir daha verilən dəstəyə görə Təhsil Nazirliyi və Gəncə ŞİH-nə minnətdarlıq edib. Qarşıda duran vəzifələr, nöqsanların aradan qaldırılması istiqamətində atılacaq addımlardan danışıb. O, qeyd edib ki, təhsil cəbhə qədər vacib sahə olduğundan burdakı səhv məğlubiyyətə bərabər ola bilər. Bu isə islahatların labüd olduğunu bir daha ortaya qoyur.

Qeyd edək ki, professor Akif Süleymanov 2013-cü il mart ayının 13-də ATU-ya rektor təyin olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
18:09 16.07.2025
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
17:55 16.07.2025
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
17:53 16.07.2025
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
17:51 16.07.2025
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
16:37 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
16:36 16.07.2025
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
16:34 16.07.2025
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
16:19 16.07.2025
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist