Təhsil Nazirliyində aparılan kadr islahatlarına aydınlıq gətirildi

Təhsil Nazirliyində aparılan kadr islahatlarına aydınlıq gətirildi
SİYASƏT
00:03 18.09.2013
1765
Təhsil naziri Mikayıl Cabbarov son aylar Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri və kadr islahatlarına aydınlıq gətirib.
AZXEBER.COM APA-ya istinadən verdiyi xəbərə görə, aparılan islahatların bir neçə səbəblərinin olduğunu deyən təhsil naziri Mikayıl Cabbarov vurğulayıb ki, hər bir struktur daimi optimallaşdırma barədə düşünməlidir. Onun sözlərinə görə, təhsil sistemi çox böyük sistem olsa və burada işləyənlərin sayı çox olsa da Təhsil Nazirliyində və aparatında işləyənlərin sayı elə də çox deyil.Nazir qeyd edib ki, bu da hər vakansiyanın, insanın və yeri dəyərləndirilməsini məcbur edir: “Aparılan islahatlar nəticəsində ali və orta ixtisas təhsili şöbəsi elm şöbəsi ilə birləşdirilərək vahid şöbə - elm, ali və orta ixtisas təhsili şöbəsini yaratmışıq. Təcrübə göstərir ki, elm, xüsusilə tətbiqi elm məhz ali təhsil sistemdə, universitetlərin nəzdində olarkən nəticələri də daha tez və mükəmməl şəkildə əldə edilir. Bundan başqa, bir neçə il bundan öncə Boloniya sisteminin tətbiqi ilə ali təhsil sahəsində islahatlara başlanılıb. Həmçinin, bu ildən ali məktəblərdə adambaşına tam maliyyələşmə prinsipi tətbiq olunur”.M.Cabbarov qeyd edib ki, bütün bu islahatlar digər islahatların atılmasını labüd edir. Onun sözlərinə görə, bu gün Azərbaycan universitetləri regional, qlobal rəqabət üçün hazır olmalıdırlar: “Biz bir az uzağa baxmalıyıq. Digər sahələrdə olduğu kimi təhsildə də qloballaşma gedir. Dünyanın ən yaxşı universitetləri, coğrafiyadan asılı olmayaraq, ən yaxşı tələbələri cəlb etməyə çalışırlar. Bu da bizdən ali təhsil sisteminin mükəmməlləşdirilməsi, onun qlobal rəqabətə orta və uzun müddətli hazır olması üçün ali təhsil sistemini də optimallaşdırılmasını tələb edir. Çünki yalnız güclü ali təhsil sistemi və universitetlər vasitəsilə daha uzun müddətdə ölkənin təhsil bazarında istədiyimiz ən yüksək biliklərə, peşəkar kompetensiyalara malik, eyni zamanda Azərbaycan vətəndaşı fəlsəfəsini qəbul edən müasir insanların yetişməsinə nail olmaq olar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
16:46 29.07.2026
Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası
16:38 29.07.2026
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
16:28 29.07.2026
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
Ürəkdən orqan transplantasiyasınadək – Ən bahalı əməliyyatların qiyməti
16:20 29.07.2026
Ürəkdən orqan transplantasiyasınadək – Ən bahalı əməliyyatların qiyməti
Hörmüz boğazı bağlı qalarsa, dünya iqtisadiyyatını nə gözləyir? - AÇIQLAMA
15:56 29.07.2026
Hörmüz boğazı bağlı qalarsa, dünya iqtisadiyyatını nə gözləyir? - AÇIQLAMA
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
15:41 29.07.2026
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
15:30 29.07.2026
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Estetik əməliyyatlara maraq niyə artıb? - "Mimika dəyişir, robota oxşayırlar" – VİDEOSORĞU
15:28 29.07.2026
Estetik əməliyyatlara maraq niyə artıb? - "Mimika dəyişir, robota oxşayırlar" – VİDEOSORĞU
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
15:23 29.07.2026
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? – Qanun nə deyir?
15:21 29.07.2026
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? – Qanun nə deyir?
Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
15:16 29.07.2026
Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
Göygöldə vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:10 29.07.2026
Göygöldə vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
14:58 29.07.2026
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!
14:46 29.07.2026
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!
Cənub bölgəsində toyuqlar niyə kütləvi tələf olur? – Ekspertdən açıqlama
14:34 29.07.2026
Cənub bölgəsində toyuqlar niyə kütləvi tələf olur? – Ekspertdən açıqlama
2 avtobusun marşrut xətti dəyişdirilir
14:27 29.07.2026
2 avtobusun marşrut xətti dəyişdirilir