Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbərinin ünvanına ağır ittihamlar

Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbərinin ünvanına ağır ittihamlar
Bütün Xəbərlər
18:10 02.07.2013
3094

Nadir İsrafilov: “Bayram Hüseynzadə “Azərbaycan müəllimi” qəzeti vasitəsi ilə şeytanın ağlına gəlməyən işlər görürdü”

Dünən sosial şəbəkələrdə ildırım sürəti ilə belə məlumat yayıldı ki, təhsil naziri Mikayıl Cabbarov nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadənin könüllü surətdə işdən getməsini tələb edib. Buna səbəb kimi Hüseynzadənin baş redaktoru olduğu “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətində çoxlu sayda nöqsanlar və maliyyə maxinasiyalarının aşkarlanması göstərilir. Yazılanlara inansaq, hətta onun qarşısına şərt qoyulub ki, tələb xoşluqla yerinə yetirilməsə, toplanmış materiallar istintaq orqanlarına göndəriləcək.Məsələyə tanınmış təhsil eksperti Nadir İsrafilovun münasibətini öyrəndik. O dedi:

“Mənə görə, burada iki detal haqqında xüsusi danışmaq lazım gəlir. Birincisi, gənc nazir Mikayıl Cabbarov 70-80 günlük fəaliyyəti dövründə, öz sələfindən fərqli olaraq, birlikdə işləmək istəmədiyi şəxslərə qarşı humanist davrandığını sübut elədi. Yəni ən azı onları əmək məcəlləsinin “70 C” maddəsi ilə qovmadı, sistemdə başqa işlərlə təmin elədi. İkincisi isə, belə adamları vicdanlarına tapşırıb səbrlə onların özləri haqqında nəticə çıxarmalarını gözlədi: Yəni keçmişinizi, törətdiyiniz əməlləri anlamaq qabiliyyətinizi nümayiş etdirin və gələcəyinizlə bağlı özünüz qərar verin. Amma görünən odur ki, gənc nazirin bu humanistliyini bir çoxları hələ də anlamaq iqtidarında deyillər. Belə adamlardan biri də məhz haqqında söhbət gedən Bayram Hüseynzadədir. Jurnalist həmkarlarının onun fəaliyyəti ilə bağlı dediklərini hamımız yaxşı bilirik. O, fəaliyyəti dövründə özünü dövlət qulluqçusu kimi yox, keşmiş nazirin yavəri kimi aparır, hamıya yuxarıdan aşağı baxır, “Azərbaycan müəllimi” kimi böyük tarixi ənənələri olan qəzetdən tənqidi fikir söyləyənlərə qarşı “zopa” kimi istifadə edirdi. Şəxsən mən hesab edirdim ki, o, eks-nazirə ən yaxın adam kimi, ilk istefa verənlərdən biri olacaq. Çünki belə hallarda qanunlardan daha çox, əxlaq qaydaları rol oynayır. İndiki halda isə bunun tamamilə əksini görürük. Şəxsən hələ də mənə bir şey aydın deyil: Nəyə görə insan özünü o hala salmalıdır ki, humanistlik nümayiş etdirən nazir onu başqa vasitələrlə işdən çıxarmağa məcbur olsun? Burada iki hal mümkündür: Ya Bayram Hüseynzadə kiməsə çox arxayındır, ya da o, mental dəyərlərini tamamilə itirib.Mənə görə, Hüseynzadənin aparatda saxlanılması Təhsil Nazirliyini hörmətdən salır, “Azərbaycan müəllimi”nin baş redaktoru kimi çalışmalarını davam etdirməsi isə təhsilimizə və jurnalistikaya qarşı böyük həqarətdir.

Bu adam son zamanlaradək qəzetdən “şəxsi mülkiyyəti” kimi istifadə edirdi. Onun vasitəsi ilə şeytanın ağlına gəlməyən işlər görürdü. Qəzetə baş redaktor təyin olunan kimi, redaksiyanın təcrübəli işçilərini gözümçıxdıya saldı, əməkdaşların hərəsini bir yolla işdən uzaqlaşdırdı. Qəzetin səhifələrinin yarıdan çoxusunu təhsilimizin dərd-səri ilə tən gəlməyən tərcümə yazılarla – dünyanın ayrı-ayrı ali məktəbləri və Nobel mükafatı laureatları haqqında materiallarla doldurdu. Bütün nömrələrin sonuncu səhifəsinin yarıdan çoxunu “Xalq kompüteri”nin reklamı “bəzəyirdi”. Soruşan da yox idi ki, balam, bu reklamı təkrar-təkrar verməkdə məqsədin nədir? Buna görə sənin hesabına pul köçürulürmü?

Bu gün 10000-dən artıq tirajı olan “Azərbaycan müəllimi” köşklərdə yoxdur, onu yalnız abunə yolu ilə əldə etmək mümkündür. Onun bir nüsxəsinin abunə qiyməti isə nə az, nə çox, düz 1 manatdır (?!). Görəsən, Hüseynzadə ölkədə bu qiymətə satılan ikinci bir qəzet görübmü? Müəllim o qədərmi maaş alır ki, bir qəzetə 1 manat pul versin?! Axtarmaq lazımdır ki, bütün bunlardan başqa nazirlik “dotasıya” kimi qəzetin hesabına indiyədək nə qədər əlavə pul köçürüb.

Hüseynzadə haqqında mətbuat səhifələrində elə yazılar dərc olunur ki, adam oxuyanda dəhşətə gəlir. Məsələn, yazırlar ki, onun supermarketləri, geniş apteklər şəbəkəsi və altında bahalı CİP-i var. Onu da yazırlar ki, CİP-ə irad bildirən bir kasıb həmkarlarına o, “kişinin altında maşını olar!” – deyib.

Təhsil Nazirliyi sistemində Bayram Hüseynzadələr az deyil. Mən onları zaman-zaman mətbuat səhifələrində tənqid etmişəm və ictimaiyyətə tanıtmağa çalışmışam. Hətta bu haqda yaxın vaxtlarda irihəcmli kitabım da işıq üzü görəcək”.

//dia.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
Qadın güləşçimiz karyerasını bitirdi
13:40 28.06.2025
Qadın güləşçimiz karyerasını bitirdi
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
13:25 28.06.2025
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
13:20 28.06.2025
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
13:00 28.06.2025
Aİ Konqo və Ruandaya iqtisadi dəstək göstərməyə hazır olduğunu bəyan edib
Çimərliklərdə hava necədir?
12:53 28.06.2025
Çimərliklərdə hava necədir?
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
12:46 28.06.2025
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
12:44 28.06.2025
Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
Gəncədə fəhlə iş vaxtı ölüb
12:43 28.06.2025
Gəncədə fəhlə iş vaxtı ölüb
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək
12:41 28.06.2025
Sabah Yekaterinburqda Rusiya FTX-nin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək