Təkbaşına 6 saat düşmənin hücumlarını dəf edən Milli Qəhrəmanın ad günüdür
Bütün Xəbərlər
21:26 02.02.2012
1794
Bu gün Azərbaycanın Milli Qəhrəmanının ad günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, 2 fevral Milli Qəhrəman Akif Əkbərovun doğum günüdür. Akif Abbas oğlu Əkbərov 1952-ci il fevralın 2-də Cəbrayıl rayonu Balyand kəndində anadan olub. O, polis (milis) nəfəri kimi cəbhənin müxtəlif istiqamətlərində rəşadətlə vuruşub. 1991-ci il avqustun 12-də Kəlbəcər rayonu Sarı yer yüksəkliyi uğrunda döyüşdə təkbaşına 6 saat düşmənin hücumlarını dəf edib, çoxlu sayda erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Milli Qəhrəman adına layiq görülüb.