Meksikada bir qrup müəllim siyası partiyaların ofislərinə hücum edib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, onlar 3 əsas partiyanın ofisini yandırıblar. Bundan əlavə müəllimlər qışqırıqla və yumruqlarla qubernatorun da ofisinə soxularaq, oradakı komputerləri pəncərədən atıblar.Genişmiqyaslı etirazlara səbəb isə bir müddət əvvəl təhsildə aparılan islahatlar olub. Belə ki, Meksikada müəllimlər attestasiyadan keçməklə, imtahan verməlidirlər.