'Tələbələr dilənçilərə ona görə pul verirlər ki...'

KÖŞƏ
09:40 12.10.2012
2157

Kasıbın əliaçıq olmasıSeymur Verdizadə

Bakı Dövlət Universitetinin əsas binası ilə metronun “Elmlər Akademiyası” stansiyasının arasında 6 dilənçi dayanır. Mən bu adamların hamısını üzdən tanıyır, imkanım olanda onlara sədəqə verirəm. Yayda yoxa çıxan bu dilənçilər yeni tədris ili başlayanda dərhal əvvəlki yerlərinə qayıdır, gəlib-gedən adamlardan imdad diləyirlər. Onların əsas qazanc mənbəyi kasıb tələbələrdir. Mən, ən azı yüz dəfə tələbə oğlan və qızların dilənçilərə pul verdiyinin şahidi olmuşam. Bir dəfə bu barədə söhbət düşəndə, həmkarlarımdan biri belə dedi: “Tələbələr dilənçilərə ona görə pul verirlər ki,imtahandan kəsilməsinlər”.

O vaxt olduğu kimi, indi də bu fikirlə razı deyiləm. Çünki dilənçilərə pul verən gənclərin arasında əlaçı tələbələr də var. Ən əsası isə tələbələr dilənçilərə təkcə imtahan vaxtı deyil, ilin bütün fəsillərində kömək edirlər. Dünən mən iki tələbə qızın yolun kənarında dayanan qoca dilənçiyə sədəqə verdiyini öz gözlərimlə gördüm. Hansı ki, semestr imtahanlarının başlamasına hələ çox var... Məqamı gəldiyi üçün indiyə kimi yazmadığım bir hadisəni nəql etmək istəyirəm. Tələbə vaxtı qaldığım yataqxananın yaxınlığında ucuz bir yeməkxana vardı. Təkcə tələbələr deyil, kasıb ankaralılar da tez-tez həmin yeməkxanada nahar edirdilər. Yeməkxananın sahibi əslən Çorumdan olan fağır bir kişi idi. O, orta məktəb şagirdi olan iki oğlu ilə birlikdə müştərilərə qulluq edir, imkan daxilində hamını razı salmağa çalışırdı. Yeməklərin qiyməti çox ucuz idi. Üstəlik, təndir çörəyi, çoban salatı və çay müştərilərə pulsuz verilirdi. Bəzən elə olurdu ki, nahar yeməyimiz bir dolları ötmürdü. Pulumuz qurtaranda isə hiyləyə əl atırdıq. Dörd nəfər yeməkxanaya daxil olub, masanın arxasında əyləşsə də, ancaq birimiz yemək sifariş verirdik. Yeməklə birlikdə təndir çörəyi və salat da gəlirdi. Həmin o bir nəfər yeməyini yeyib qurtarana kimi biz ən azı üç-dörd dəfə təndir çörəyi və salat gətirdirdik. Sonra isə müştərilərin hamısına pulsuz paylanılan çaydan iki stəkan içib, ayağa qalxırdıq. Yeməkxananın sahibi heç vaxt bu hərəkətimizi üzümüzə vurub, bizi utandırmazdı. Təəssüf ki, sonralar mən həmin adamla bir daha görüşə bilmədim. Çünki o, müflis olduğu üçün bir il sonra arvad-uşağını da götürüb, öz şəhərinə qayıtdı. Aradan 17 il keçməsinə baxmayaraq, mən hələ də o adamı böyük hörmət və ehtiramla xatırlayıram. Kimsə yanımda mərd sözünü dilinin ucuna gətirəndə, ya da hansısa mətndə bu sözlə qarşılaşanda dərhal həmin çorumlu gəlib gözümün qabağında dayanır. O, kasıb olsa da, sözün həqiqi mənasında mərd, əliaçıq adam idi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir