AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, rieltorların sözlərinə görə, şəhərdə kirayə mənzil raxtaran oğlan tələbələr ev tapmaqda qız tələbələrlə müqayisədə daha çox çətinlik çəkirlər.
Ölkənin 4-cü böyük şəhəri olan Mingəçevirdə bir universitet və iki kollec fəaliyyət göstərdiyindən, müxtəlif bölgələrdən bura üz tutan tələbələrin sayı da ilbəil artır. Hazırda tələbələr əsasən təhsil aldıqları müəssisələrə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirlər. qiymətlərdə isə artım var.
Mingəçevirdə də oğlan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər. Rieltorların sözlərinə görə, mənzil sahibləri evin səliqəli saxlanılması baxımından qız tələbələrə üstünlük verirlər.
Onların sözlərinə görə, ötən il bir tələbə üçün kirayə haqqı 70-80 manat olduğu halda, bu il bu məbləğ 100 manata yüksəlib.
Lənkəranda isə tələbələr əsasən kommunal xərclərin yüksək olması səbəbindən həyət evlərinə üstünlük vermirlər. Rieltor bildirirlər ki, hər il olduğu kimi, bu il də bina evlərinə tələbatın artması kirayə qiymətlərinə təsir edib.











































