Tələbələrin təhsil haqqı problemini necə həll edək? - THİK sədrindən təklif

Tələbələrin təhsil haqqı problemini necə həll edək? - THİK sədrindən təklif
GƏNCLİK
17:44 04.09.2019
7986
Hər il universitetlər müəyyən plan yerləri elan edir, qəbul prosesi həyata keçirilir və ehtimal olunan gəlirlərə uyğun smeta tərtib edilir. Bir neçə ay və ya bir neçə il sonra tələbənin ailəsində baş vermiş faciə - valideynlərindən birini itirməsi və ya onların yataq xəstəsi olması tələbələrin həm təhsil haqqı ödənişində, həm dərslərində ciddi problemlərə yol açır. Son illər universitetlər də bu problemlə ciddi şəkildə üz-üzə dayanır. Təhsil haqqı ödənişi edə bilməyən tələbələr də əksər vaxtlar imtahanlara buraxılmır.

Tələbələr əksər vaxtlarda da təhsilini dondurmağa məcbur qalır. Bəs nə etməli? 

Bu problemlər İcbari Təhsil Sığortası məsələsini gündəmə gətirir. Universitetə ödənişli qəbul olan hər bir tələbənin (imtiyazlı tələbələr istisna) təhsilini sığortalaması həm onların, həm də universitetin işini asanlaşdırmış olar. 

Sığorta fondunda toplanılmış məvaciblə də komissiya tərəfindən təhsil xərclərinin qarşılanması nəzərdə tutulan tələbələrin ödənişləri həyata keçirilər.

Azərbaycan Respublikası Prezidentin göstərişi ilə aztəminatlı ailələrin övladlarının bir qisminin təhsil xərcləri hər il Gənclər Fondu tərəfindən elan edilmiş müsabiqəsi əsasında ödənilir.

Prezidentin "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında”, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Sərəncamlarına əsasən təhsil müddətində həmin tələbələr təhsil haqqından azad edilir. 

O cümlədən "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. 

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər; hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər  təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

Bundan başqa dövlət başçısının müvafiq sərəncamları ilə ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 

Yəni, dövlət bu istiqamətdə mərhələli şəkildə ciddi işlər aparmaqdadır. 

Hazırda biz İcbari Təhsil Sığortası layihəsi üzərində işləyirik. İnanıram ki, bu layihə də təhsil haqqı problemlərinin həllinə öz töhvəsini verə bilər.

ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Mircəlal adına hekayə müsabiqəsinin qalibi, yazıçı-jurnalist Şahin Sərdarlı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
21:52 18.06.2026
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
21:45 18.06.2026
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib