"Telefonu aldı, arvadımla yataqda olduğunu dedi" - BAKIDA ŞOK HADİSƏ

"Telefonu aldı, arvadımla yataqda olduğunu dedi" - BAKIDA ŞOK HADİSƏ
SOSİAL
16:05 07.09.2020
6526
Bakıda iki nəfəri qətlə yetirməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Bərdə rayon sakini Vaqif Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM-un "teleqraf.com”a istinadən məlumatına görə, Vaqif Hüseynov nikahdan kənar qeyri-rəsmi ər-arvad münasibətində olmuş və hadisədən bir neçə gün əvvəl münasibətlərinə son qoymuş Təranə İsmayılovanın ona xəyanət etdiyini güman edib.

O həmçinin Təranə İsmayılovanı himayə etməklə yanında böyütmüş bibisi Luiza İsmayılovanın onların bir yerdə yaşamasına mane olması və mübahisələr zamanı ona qarşı təhqiredici ifadələr işlətməsi ilə bağlı qeyd olunan şəxslərə nifrət hissinin təsiri altında hər iki qadını qisas məqsədi ilə öldürmək qərarına gəlib.

Vaqif Hüseynov 16 oktayabr 2019-cu il tarixdə əldə etdiyi 5 litrlik su qabına Binəqədi-Novxanı yolunun üstündə yerləşən "Binəqədi Petrol” yanacaq doldurma məntəqəsində yanacaq məhlulu alaraq doldurub, sonra Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən "1001 Xırdavat” mağazasından məişət təyinatlı bıçaq alıb.

Daha sonra həmin gün saat 13 radələrində Təranə İsmayılova və Luiza İsmayılovanın birlikdə yaşadığı ünvana gəlib.

O, ayaqlarında xəstəliyi ilə bağlı sərbəst yerimək imkanları məhdudlaşdığından əsa ilə hərəkət edən 1942-ci il təvəllüdlü Luiza İsmayılovanın üzərinə özü ilə gətirdiyi yanacaq məhlulunu töküb, sonra od vuraraq onu diri-diri yandırıb.

Təranə İsmayılova bibisi Luiza İsmayılovaya yaxınlaşdıqda, alovun əynində olan paltarlara keçməsi səbəbindən aldığı alovdan yanaraq ölüb.

İstintaq orqanı Vaqif Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə),120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edib.

"Dedi ki, bibisi və qardaşı barışmalarını istəmir”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif Hüseynov bildirib ki, 2017-ci ilin avqust ayında Binəqədi rayonu, Binəqədi şossesi ünvanında Luiza İsmayılovanın bacısı Zərifənin yaşadığı evi təmir edib:

"Zərifənin evində təmir işləri qurtardıqdan sonra yaxınlıqda yaşayan bacısı Luizanın da evini təmir etdirmək istədiyini bildirdi. Zərifə ilə danışdıqdan sonra Luizanın evində təmir işi görən zaman onun qardaşı qızı Təranə ilə ünsiyyətim yarandı və ailə həyatı qurdum.

Sonralar Təranə ilə ayrı evdə kirayə yaşadıq. Münasibətimiz pozulduğu üçün o, bibisi Luizanın yanında getdi. Sonralar barışmaq istəsəm də, Təranə dedi ki, bibisi Luiza və qardaşı Ramil barışmasına icazə vermirlər”.

"Təranənin mənə xəyanət etdiyini başa düşdüm”

Vaqif Hüseynov qeyd edib ki, sonralar Təranənin ona xəyanət etməsindən şübhələnib: "Hadisədən bir gün əvvəl mobil telefon nömrəmdən Təranənin ev telefonuna zəng etdim. Həmin zaman Təranə telefonu açdı və danışa bilmədiyini dedi.

Danışıq zamanı səslərdən Təranənin başqa adamla cinsi əlaqədə olduğunu və mənə xəyanət etdiyini başa düşdüm.

Sonra başqa bir kişi telefonu aldı, arvadımla cinsi əlaqədə olduğunu dedi. Həmin şəxsi təhqir etdim, telefonu Təranəyə verməsini istədim. Təranə telefonu götürərək, mənimlə ünsiyyətinin qurtardığını, özünün isə nə istəsə, onu da edəcəyini bildirdi”.

"Məni söyüb təhqir etdi”

Vaqif Hüseynovun sözlərinə görə, ertəsi gün, oktyabrın 16-da saat 11 radələrində Luizanın evinə gedib: "Həmin vaxt Yol polisi idarəsinin yanına gəldim.

Təmir-tikinti işlərində istifadə etmək üçün benzin, Rəsulzadə qəsəbəsində yerləşən bazardan bıçaq aldım. Luizanı əvvəlcədən öldürmək fikrim olmayıb. Lakin Təranəni mənə xəyanət etdiyi üçün onu öldürmək istəmişəm.

Luizaya məxsus evin həyətinə getdim. Luiza qabağıma çıxdı, məni söyüb təhqir etdi. Onu itələmək istəyəndə əlimdəki benzin Luizanın üstünə töküldü, Luiza ağzımda olan siqareti əsa ilə vurduğu və siqaret xalçaya düşdüyü üçün yanğın baş verdi.

Luiza məni itələyəndə bıçağı ona tərəf yellədim. Həmin vaxt bıçaq ona dəydi. Təranə bibisinə yaxınlaşıb qucaqladıqda alov ona da keçdi”.

Vaqif Hüseynov qeyd edib ki, Təranənin ona xəyanət etməsini deyərək bıçaqla onu vurub, sonra hadisə yerindən uzaqlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
15:13 10.10.2026
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab