“Telekanallar bir ermənilərə, bir terroristlərə, bir də bizə qadağa qoyub” - Tahir İmanov

“Telekanallar bir ermənilərə, bir terroristlərə, bir də bizə qadağa qoyub” - Tahir İmanov
MÜSAHİBƏ
13:47 23.09.2016
30585

"2015-ci ilin may ayından bizə bütün telekanallarda qadağa qoyulub”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Primetime”a müsahibəsində əməkdar artist, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanov deyib.

Aktyor telekanalların onlara nə səbəbə qadağa qoyduğunu da açıqlayıb:

"Dövlət qurumlarını tənqid etmək olmaz. Bilirsiniz, qəribə olan odur ki, biz bu işlə 25 ildir məşğuluq. Təsəvvür edirsiniz? Bu, əsrin 1/4 hissəsidir. Bu tənqidləri ümummilli liderimiz Heydər Əliyev görüb, cənab prezidentimiz İlham Əliyev və ailəsi bizə baxıblar. Onlar bizim çıxışlarımızı bəyənib, alqışlayıblar. Həmçinin, dəfələrlə məmurlar görüb. Bir zamanlar bu tənqidləri həmin məmurlar qəbul edirdi, indi qadağa edirlər? Qadağa edirdinizsə, əvvəldən edərdiniz. Amma onda edə bilməzdilər. Çünki, Heydər Əliyev imkan verməzdi. Elə sonralar da, nə qədər ki sözümüzü cənab prezident İlham Əliyevə çatıra bilirdik, bizə mane ola bilmirdilər. Amma indi, əfsuslar olsun ki, sözümüzü cənab Prezidentimizə çatdıra bilmirik. Bundan istifadə edənlər bir düyməyə basıb, telekanalların rəhbərlərinə zəng edirlər və bizə qadağa qoydururlar. Görünür, məmurların hər hansı yollasa telekanalara müdaxiləsi mümkündür. KVN-ni ilk vaxtlardan Ümummilli Liderimiz dəstəkləyib, bizə xeyir-dua verib. Əsas məsələ odur ki, 25 ildir Azərbaycan dövlətinə xidmət edirik. Buna görə heç kimə minnət qoymamışıq, heç kimdən nəsə ummamışıq. Dövlətimizə, onun adına təmənnasız xidmət etmişik. Necə ki, bunu Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev edib. Biz özümüzü bu dahilərlə müqayisə etmirik. Amma bizi onlarla birləşdirən ortaq cəhət- dövlətimizə təmənnasız xidmət etməyimizdir. "Parni iz Baku " KVN komandasının 25 illik yubileyi haqqında heç bir telekanalın səsi çıxmadı. Elə bil biz tarixdə olmamışıq. Sizin sayt vasitəsilə onlara sual verirəm. Ayıb deyilmi? Sabah ölkə başçımız xəbər tutanda və bizim efirlərdən hara yox olduğumuzu soruşanda, yenidən bizi efirə qaytarmaq istəyəndə nə deyəcəksiniz? Üzümüzə necə baxacaqsınız? Azərbaycan KVN-nin rəmzi, "vizitkartı" olan Bəhram Bağırzadənin üzünə necə baxacaqsınız? XX-ci əsrin çempionları olan, erməniləri dizüstə çökdürən Cabir İmanovun, Azər Məmmədzadənin, Emil  Abbasovun, Tahir İmanovun - yəni mənim, üzümə necə baxacaqsınız? Bizi yandıran elə budur. Amma sabah bizə bir şey olsa, qəzaya düşsək, başımıza daş düşüb ölsək, hamı bizdən danışacaq. Bizim haqqımızda verilişlər hazırlanacaq. Deyəcəklərki, "biz onları çox sevirdik. Onlar dahi komanda idi. Tahir İmanov bizi düzgün başa düşmədi. Onlara heç bir qadağa qoyulmayib. Belə şey olmayıb və s.

Bu gün Azərbaycanın televiziya məkanında 3 istiqamətdə qadağa qoyulub. Ermənilərə, terroristlərə və bizə... Qoy, telekanallarımız camaatın başını savadsız maqazin verilişləri, səviyyəsiz teleseriallarla qatsınlar. Mən özümə diqqət istəyirəm. Mən sənət adamıyam. Efir sənət adamının, sənətkarın oksigenidir. Mən çox şey istəmirəm. Heç olmasa ilin 365 günündən bizə də, gün sərf etsinlər. Mən sizi inandırım ki, sabah ölkə başçısı bizim konsertimizə gəlsə, dərhal göstərəcəklər. -Deyəsən, televiziya rəhbərləri unudublar ki, biz bütün mövzulara ölkə başçısının tənqidlərindən sonra toxunuruq. Sadəcə,  prezidentin irad bildirdiyi məsələləri biz satira və yumorun dili ilə səhnələşdiririk”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:50 23.10.2026
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
14:26 23.10.2026
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
14:01 23.10.2026
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
13:57 23.10.2026
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
Zaur Rzayevin vəziyyəti açıqlandı
13:44 23.10.2026
Zaur Rzayevin vəziyyəti açıqlandı
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
13:25 23.10.2026
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir