Azərbaycan teleməkanında tezliklə yeni “Günah” adlı serial yayımlanacaq.
AZXEBER.COM-un məlumatına görə, artıq serialın ilk tanıtım çarxı sosial şəbəkələrdə yayımlanmağa başlayıb. Serial 5 dostdan bəhs edir.
Sözügedən serialın rejissoru Ramil Ağasiyev, ssenaristi Azər Cəfərov, baş rol ifaçıları Tural Əhməd, Qorqud Cəfərli, Sənan Əlləz, operatoru Şahmar Səfəroğludur.
Qeyd edək ki, baş rol ifaçıları Tural Əhməd və Qorqud Cəfərli Gənclərin 1-ci Ümumrespublika Teatr Festivalının qalibləridir. “Günah” serialının aktyorları filmin baxımlı olmasına inanır.AZXEBER.COM "Günah"ın ilk tanıtım çarxını təqdim edir.