Televiziya proqramlarının keyfiyyəti müzakirə edildi

Televiziya proqramlarının keyfiyyəti müzakirə edildi
MEDİA
10:12 16.04.2012
1768

Rəqəmli TV yayımının genişləndirilməsi TV proqramlarının keyfiyyətinin və sayının artmasına geniş imkanlar yaradır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində respublikada DVB-T rəqəmli TV yayımının tətbiqi ilə bağlı görülən işlərə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirə keçirilmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyin Mətbuat Xidmətindən AZXEBER.COM- verilən məlumata görə, müzakirədə Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov TV yayımına keçidlə əlaqədar NK-nın 10 fevral 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”na əsasən, hazırda ölkə əhalisinin 85%-nin Rəqəmli TV proqramlarını qəbul etdiyini və cari ilin sonuna kimi bütün ölkə ərazisində qəbulun təmin edilməsi üçün aparılan işlərin sürətləndirilməsinin vacibliyini vurğulamışdır. Qeyd olundu ki, analoq yayımından fərqli olaraq rəqəmli yayıma keçid paytaxtda seyr olunan bütün TV proqramların ölkənin istənilən yaşayış məntəqələrində efir vasitəsilə yüksək keyfiyyətlə qəbulunu mümkün edir.

Eyni zamanda qarşıya qoyulan məqsədə nail olunması üçün rəqəmli yayımın üstünlükləri və keçidin həyata keçirilməsi ilə bağlı əhalinin maarifləndirilməsinin vacibliyi vurğulanmışdır.

Bundan başqa, müzakirələrdə rəqəmli TV yayımının stimullaşdırılması üçün ölkəyə rəqəmli televizor və çevirici qurğuların gətirilməsi və ölkədə istehsalı ilə bağlı zəruri tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması qeyd olunmuşdur.

Müzakirələr zamanı Rəqəmli TV yayıma keçidlə əlaqədar tezliklərdən səmərəli istifadə edilməklə regional TV şirkətlərinin də rəqəmli yayıma keçidi ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır.

Müzakirə zamanı Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmaqla cari ilin sonuna qədər analoq TV yayımının mərhələlərlə dayandırılmasının məqsədəuyğunluğu da qeyd edilmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
09:33 09.08.2025
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
09:30 09.08.2025
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
09:28 09.08.2025
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
09:25 09.08.2025
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
09:23 09.08.2025
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
09:21 09.08.2025
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
09:20 09.08.2025
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
09:19 09.08.2025
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib
09:16 09.08.2025
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib