Təmayül tədris modelinə keçidə görə məktəbdən kənarlaşdırıldılar - VİDEO

Təmayül tədris modelinə keçidə görə məktəbdən kənarlaşdırıldılar - VİDEO
SOSİAL
23:38 07.09.2026
58
Məktəb təmayül tədris modelinə  keçir, 9-cu sinif şagirdləri isə məktəbdən kənarlaşdırılır...

AZXEBER.COM xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinin valideynləri müraciət edib. Onlar iddia edirlər ki, övladları 9 illik ümumi orta təhsil səviyəsi üzrə keçirilən buraxılış imtahanından 100-dən aşağı bal toplayıblar. Məktəb təmayül tədris modelinə keçdiyinə görə, onlara övladlarını başqa məktəblərə yönləndiriləcəyi bildirilib.

Valideynlər iddia edirlər ki, övladlarının məktəbdən kənarlaşdırılması barədə məlumat onlara bir neçə gün əvvəl verilib.

Onlar bildirir ki, onlara gec xəbərdar edildikləri üçün qəsəbə daxilində məktəblərdə boş yer tapa bilmirlər. Peşə məktəblərinə qəbul müraciəti üçün isə gecikiblər.

OXŞAR XƏBƏRLƏR