Bu barədəməlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib. Məlumata görə, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 20-24, günün birinci yarısında 24-28, axşama doğru 24 dərəcəyədək isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında sentyabrın 5-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 20-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.