Ötən ay Ceyhandan 2,1 milyon ton neft dünya bazarlarına çıxarılıdı
İQTİSADİYYAT
23:27 09.01.2012
2604
2011-ci ilin dekabr ayı ərzində 2 milyon 187 min 122 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Azxeber.com-a verilən məlumata görə, bu həcmin 1 milyon 645 min 24 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 32 milyon 83 min 769 ton (o cümlədən, 23 milyon 354 min 458 ton Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti) olub.