Təqaüdçülərə kömək etmək adı ilə pulunu çıxarıb oğurlayan şəxslər saxlanıldı - VİDEO

Təqaüdçülərə kömək etmək adı ilə pulunu çıxarıb oğurlayan şəxslər saxlanıldı - VİDEO
KRİMİNAL
11:20 18.04.2022
585
Paytaxtın Nizami rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, bu barədə kart sahibi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib.

Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb. Eyni məzmunlu şikayətlə Nizami rayon sakini olan daha bir nəfər polisə müraciət edib. Həmin şəxs isə onun kartından 1000 manatın qeyd edilən üsulla oğurlandığını bildirib.

Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Mehdiyev və Nemət Cabbarov saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayətləri etiraf ediblər. Araşdırma zamanı onların Ağcəbədi rayonunda da eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün onlardan kömək istəyən daha bir neçə şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladıqları məlum olub.

Qeyd edək ki, Namiq Mehdiyev və Nemət Cabbarov onlardan kömək istəyən ahıl yaşlı şəxslərin təqaüd kartlarından pul oğurlayıblar.

Faktlarla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in "102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəbul imtahanının nəticələri açıqlandı – 2 nəfər 700 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 2 nəfər 700 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi