Təqaüdə göndərilən Vaqif Əsədov: Azərbaycanın ən xoşbəxt vətəndaşlarından biriyəm

Təqaüdə göndərilən Vaqif Əsədov: Azərbaycanın ən xoşbəxt vətəndaşlarından biriyəm
ÖZƏL
11:54 14.06.2022
853
"Tanrıya şükürlər olsun ki, qismət oldu xidmətimi başa vurub təqaüdə çıxa bildim. Təbii ki, buna çox sevinirəm və bu sevinci mənə, ailəmə yaşadan DİN-in bütün rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında ötən gün təqaüdə göndərilən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib. 

O, qeyd edib ki, bu gün, Azərbaycan Respublikasının ən xoşbəxt vətəndaşlarından biridir:

"Ötən gün mənə çox sayda telefon zəngləri, eləcədə KİV nümayəndələrinin sms vasitəsi ilə sualları daxil olub. Telefona və suallarınıza cavab verə bilmədiyimə görə üzürlü sayın, mənə və xidmətimə olan diqqət və qayğınıza, eləcə də informasiya almaq istəyinizə görə təşəkkürümü bildirir və təqdir edirəm. 

Bəli, təqaüdə çıxmaq üçün "xidmətdə olmanın son yaş həddinə çatdığına görə” əmr imzalanıb və şəxsi heyətə elan edildi. Bununla əlaqədər rəhbərlik səviyyəsində şəxsi heyətlə birgə tədbir təşkil edildi və xüsusi olaraq mənim xidməti fəaliyyətim yüksək qiymətləndirildi. Düşünürəm ki, daim təmasda olduğum hərəkət iştirakçıları da öz fikirlərini paylaşarlar.

Əlbəttə, Tanrıya şükürlər olsun ki, qismət oldu xidmətimi başa vurub təqaüdə çıxa bildim. Təbii ki, buna çox sevinirəm və bu sevinci mənə, ailəmə yaşadan DİN-in bütün rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu gün, Azərbaycan Respublikasının ən xoşbəxt vətəndaşlarından biriyəm desəm, heç də yanılmaram. Çünki DİN rəhbərliyinin bundan sonra da mənə, həyat tərzimə olan diqqət və qayğısı, hətta ailə üzvlərimin belə nəzarətində olması bir daha DİN-nin əsgəri olduğumu, dövlətə və dövlətçiliyə daim vətəndaş kimi xidmət etməyimi qarşımda bir vəzifə olduğunu təsdiq etdi”. 

Vaqif Əsədov nazir Vilayət Eyvazova da təşəkkür edib: 

"Fürsətdən istifadə edib cənab nazirə təşəkkür edir və onu əmin edirəm ki, istefada olan polis-polkovniki kimi qanunvericilik tələblərinə uyğun olaraq mülki vətəndaş kimi də borcumu davam etdirəcəyəm. 

Əlavə olaraq qeyd edim ki, bu xidməti məndən sonra da əməkdaşlardan polis baş leytenantı Toğrul Nəsirli, polis baş leytenantı Pərvanə Muradova, polis-leytenantı Rüstəm Əhmədli və polis mayoru Araz Əsgərli təbliğat işini daha səmərəli təşkil edərək ictimayyətlə və KİV-lə qarşılıqlı, ardıcıl, məqsədli və layiqincə davam etdirəcək”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elçin Vəliyev kollektivə təqdim edildi
16:41 05.06.2026
Elçin Vəliyev kollektivə təqdim edildi
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
16:34 05.06.2026
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO