Ter-Petrosyan narkomafiyanın üzvüdür?

Bütün Xəbərlər
17:13 02.02.2011
1861

"WikiLeaks" bu dəfə Cənubi Qafqaz regionuna dair məxfi materialları üzə çıxarıb. Norveçin "Aftenposten" qəzetinin dərc etdiyi sənədlərə əsasən, İrandan Cənubi Qafqaz ölkələri vasitəsilə Rusiya və Avropaya narkotik maddələr daşınır. ABŞ Dövlət Departamentinin yazışmalarından məlum olur ki, İrandan Qara dəniz regionuna narkotik Dağlıq Qarabağ ərazisi və Ermənistandan keçməklə daşınır.

2008-ci ilin gizli diplomatik yazışmalarına görə, Ermənistanın yüksək rütbəli məmurları, o cümlədən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İrandan narkotik daşımalarından gəlir götürürmüş.

 

//Ans Press

OXŞAR XƏBƏRLƏR