Ata körpəsinə verdiyi cəzanı kameraya çəkərək sosial şəbəkədə paylaşıb.
Bu görüntüləri“Al Jazeera” televiziyası yayımlayıb.AZXEBER.COM xəbər verir ki, ANN.az-ın “Hürriyyet" qəzetinə istinadən verdiyi məlumatına görə, Səudiyyə Ərəbistanında bir ata 2 aylıq körpəsinə tərbiyələndirmək məqsədilə cəza verib. Həm də ata körpəsinə verdiyi cəzanı kameraya çəkərək sosial şəbəkədə paylaşıb.
Videodan görünür ki, hadisələr Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş verir. Ərəb ata 2 aylıq körpəsini “tərbiyə etmək üçün” körpənin ayaqlarını paltar asqısına keçirib yuxarı qaldırıb və əlindəki çubuqla ayaqlarının altına vurur.