Aytən Səfərova Rafet El Roman və İrem Derici ilə - FOTOLAR

Aytən Səfərova Rafet El Roman və İrem Derici ilə - FOTOLAR
MAQAZİN
11:14 15.05.2026
295
 
Aytən Səfərova maraqlı paylaşımı ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, aparıcı İstanbul səfəri zamanı yaşadığı maraqlı və yaddaqalan hadisələri sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Aytən Səfərova bildirib ki, əvvəlcə səhər saat 06:10-a planlaşdırılan uçuşu müəyyən səbəblərdən baş tutmayıb və bileti saat 16:50 reysinə dəyişdirilib. Bu dəyişiklik isə onun üçün gözlənilməz sürprizlə nəticələnib. Belə ki, o, təyyarədə məşhur türk müğənnisi Rafet El Roman ilə yol yoldaşı olub.

"İstanbula gedəndə başıma çox təəcüblü və paradokdal hadisələr gəlib. Əvvəlcə onu deyim ki, saat 6:10da uçmalı idim. Müəyyən səbəblərdən alınmadı. Saat 16:50 təyyarəsinə bilet dəyişdirildi və təyyarədə məşhür türk müğənnisi Rafet el Romanla yol yoldaşı olduq".
 
Onun sözlərinə görə, əvvəlcədən şam yeməyi üçün bron edilən məkan müəyyən səbəblərdən ləğv olunub və nümayəndə heyəti başqa restorana yönləndirilib. Məhz həmin məkanda isə məşhur türkiyəli ifaçı İrem Derici ilə qarşılaşıblar:
 
"Səfərin son günündə axşam məkanlardan birinə şam yeməyi üçün yer bron edilmişdi, lakin nümayəndə heyətinə bildirdilər ki, müəyyən üzürlü səbəblərə görə alınmayacaq, başqa məkan seçin. Həmin başqa məkanda çox gözəl şam etdik peşəkar həkimlarımızla və zənnimcə, təsadüflər təsadüfi deyilmiş. Burada da daha bir məşhur türk müğənnisi, orada yeməkdə olan İrem Derici ilə rastlaşdıq. O qədər səmimi bir xanım idi, Azərbaycanı sevən, bizim musiqilərdən ilham alan ifaçıdır, çox vuruldum o xanıma. Başıma gələnlərdən belə nəticə çıxartdım ki, bəzən yanlışlar çox gözəl və yaddaqalan naxışa çevrilə bilərmiş".
 
Aysel

 

 

 

 


 


 
OXŞAR XƏBƏRLƏR