“Testi pozitiv çıxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır”

“Testi pozitiv çıxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır”
ÖZƏL
12:22 04.07.2020
2694
ATU-nun Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbə müdiri: "COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır"

Dünyanı ağuşuna alan COVİD-19 infeksiyası hamilə qadınlardan və yeni doğulmuş uşaqlardan da yan ötməyib. Çox təəssüf ki, bu cür yoluxma halları ölkəmizdə də qeydə alınıb. Bəs gəlin görək, adıçəkilən infeksiyaya yoluxan hamilə qadınlar doğuşdan hansı şəraitdə azad olunur, onlara göstərilən tibbi xidmət hansı səviyyədədir? Həmçinin, yeni doğulmuş sağlam körpələrin infeksiyaya yoluxmuş ana ilə təmasının təşkili, bu və ya digər suallarımızı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı cavablandırdı.
 

- Bildiyiniz kimi, bu il aprel ayının 1-dən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikası sırf koronavirus infeksiyası ilə infeksiyalaşmış xəstələrə tibbi xidmət göstərir. Rəhbərlik etdiyim şöbəyə isə yeni doğulanlarla yanaşı, COVİD-19 aşkar edilmiş hamilə qadınlar da yerləşdirilib. Bu səbəbdən də yeni doğulan körpələr xüsusi nəzarətimiz altındadır. Şöbəmiz ölkəmizdə infeksiyalaşmış yeni doğulanlarla bağlı  ixtisaslaşmış fəaliyyət göstərən yeganə şöbədir ki, burada xüsusi protokollara riayət olunur. Koronavirus infeksiyasının yaşı az olduğu üçün ana bətnində körpələrin nə dərəcədə zədə alması və onlara infeksiyanın hansı dərəcədə mənfi təsir göstərməsi barədə məlumatlar olduqca azdır və bu hələ tam şəkildə öyrənilməyib. Düzdür, ayrı-ayrı inkişaf etmiş ölkələrdə bu sahədə müxtəlif araşdırmalar aparılmasına baxmayaraq, onlara əsaslanıb son söz demək də olmaz.
   
                                                      
Qeyd edim ki, ana bətnində göbək ciyəsi ilə uşaqlarda yoluxma hallarının baş verib-verməməsi ilə bağlı Çində koronaviruslu 33 hamilə qadın üzərində araşdırmalar aparılıb. Bu qadınlardan dünyaya gəlmiş 30 körpədə müayinənin nəticələri neqativ, 3-də isə pozitiv çıxıb. 3 körpənin yoluxma səbəbi araşdırılanda məlum olub ki, onlar doğum zalında hava-damcı vasitəsi ilə yoluxublar. Biz qısa zamanda yeni doğulmuşlarla bağlı dünyada tərtib olunan protokolları araşdırdıq. Həmin protokolun versiyasını ölkəmizdə tətbiq edməyə başladıq. Körpələrdə hansı testlərin aparılması və metodların tətbiqi və s. ilə bağlı həkimlərimizi  təlimatlandırdıq. COVİD-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. 4-nün klinikamıza köçürülməsinə səbəb  isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub. Onu da qeyd edim ki, klinikamızda dünyaya gələn 12 körpənin heç birində COVİD-19 infeksiyasına yoluxma halı aşkar olunmayıb. Bu, bizim həkimlərimizin peşəkarlığından, onlara verilmiş təlimatlara düzgün əməl etmələrindən irəli gəlib. Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVİD-19-a yoluxmaları olub və onlar vasitəsilə doğuş zalında körpələrə keçibdir.
 
- Bəs yeni doğulanların infeksiyaya yoluxmaması üçün şöbənizdə müvafiq  şərait varmı?

- Körpələrin sağlam dünyaya gətirilməsi üçün demək olar ki, hər şəraitimiz var. Bunun üçün müasir avadanlıqlarla təchiz olunmuşuq. Tərəfimizdən hər cür qabaqlayıcı tədbirlər görülür. Qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlidir. Körpə eyni zamanda doğuş zalından mümkün qədər tez xaric edilməlidir. Biz də fəaliyyətimizi sadaladığım qaydalara uyğun qurmuşuq. Bəzən körpənin tənəffüs yollarının aspirasiyası olur, ona süni tənəffüs vermək lazım gəlir. Gecikməmək üçün şöbəmizin  doğum zalının yanında bütün avadanlıqlarla təchiz olunan otaqlar təşkil edilib. Körpə ana bətnindən xaric olunan kimi nəzərdə tutulmuş otaqlara götürülür və orada onlara yüksək səviyyədə lazım olan tibbi yardımlar göstərilir. 
Onu da bildirim ki, klinkamızda iki ginekoloji mərtəbə fəaliyyət göstərir. 6-cı  mərtəbədə doğum prosesi baş verir. Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir və monitorinqi aprılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və onu 5-ci mərtəbəyə yerləşdirirlər. Həmin an körpədən COVİD-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur.
 

- Bəs infeksiyaya yoluxmuş ana ilə körpə arasında təması necə yaradırsınız?

- Körpənin ana ilə təması vacib şərtlərdən hesab olunduğundan,qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaratmağa çalışırıq. Ailəyə infeksiya və yoluxma yolları, bu infeksiyanın süd vasitəsi ilə keçmədiyi barədə məlumat verilir. Ananın psixoloji durumu yol verirsə və özü razıdırsa, neytral zonda qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaradırıq. Maska taxmış ana uşağını qucağına alır və əmizdirir. Təmas yaratmaq istəməyən anaların körpələri isə sağılmış südlə qidalandırılır və onlarla görüntülü təmas yaradırıq. Bir sözlə, şöbəmizdə körpələrin sağlam dünyaya gəlməsi üşün hər bir şəraitimiz və peşəkar tibbi heyətimiz var.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb