Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İQTİSADİYYAT
14:10 02.10.2026
185

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers” proqramında 66 iştirakçı üçün intensiv təlimlər başlayıb.

Proqrama qısa müddətdə 1012 müraciət daxil olub. Çoxmərhələli seçim prosesinin ilkin mərhələsində 652 namizəd texniki testdən keçib. Test nəticələrinə əsasən 103 namizəd müsahibəyə dəvət olunub. Yekunda isə 66 qadın proqramın iştirakçısı seçilib.

Seçilən iştirakçılar layihənin davamında "Kibertəhlükəsizlik”, "Frontend developer”, "Data elmi”, "IT əməliyyatları və texniki dəstək”, "Backend developer” "Mobil tətbiqlərin hazırlanması”, "UX/UI dizaynı”, "IT biznes analizi”, "Keyfiyyətə nəzarət və test”, "IT idarəetməsi”, "DevOps və bulud texnologiyaları” kimi istiqamətlər üzrə intensiv təlimlərə cəlb olunublar.

Layihə çərçivəsində proqram iştirakçıları Bir ekosisteminin rəhbər heyəti və müxtəlif texnologiya istiqamətlərində çalışan mütəxəssislərlə görüşüblər. Görüşdə Bir ekosisteminin rəhbəri Fərid Hüseynov, Ödənişlər biznesinin rəhbəri Calal Orucov, Təşkilati inkişaf və HR texnologiyaları departamentinin direktoru Aygün Musayeva iştirak ediblər. Görüş zamanı mütəxəssislər peşəkar təcrübələrini iştirakçılarla bölüşüb və texnologiya sahəsində karyera qurmaqla bağlı praktiki tövsiyələr veriblər.

Bir ekosisteminin rəhbəri Fərid Hüseynov layihədən gözləntilərini iştirakçılarla bölüşüb: "Texnologiyanın sürətli inkişafı yeni imkanlar yaratmaqla yanaşı, bu imkanlardan yararlana biləcək istedadlara və yeni bacarıqlara olan ehtiyacı da artırır. Bizim üçün "Ctrl is hers” qadınların texnologiya sahəsində öz potensialını reallaşdırması üçün belə bir mühit yaratmaq baxımından önəmlidir. İstəyirik ki, siz burada bilik əldə etməklə yanaşı, texnologiyanın real biznes mühitində necə tətbiq olunduğunu da görə, peşəkarlarla ünsiyyətdə ola və öz karyera yollunuza daha inamla, daha güclü davam edəsiniz. İnanıram ki, bu proqramı qadınların şəxsi inkişafına dəstək olmaqla yanaşı, əmək bazarında texnoloji potensialı olan peşəkarların artmasına da dəstək olacaq”.

Qeyd edək ki, təlimlər nəzəri biliklərlə məhdudlaşmır. Layihənin davamında iştirakçılar Bir ekosisteminin müxtəlif texnologiya istiqamətlərində çalışan mütəxəssisləri ilə birbaşa ünsiyyət quracaq, real iş mühiti ilə tanış olacaq, həmçinin əldə etdikləri bilikləri təcrübə etmək imkanı qazanacaqlar. 

Layihənin sonunda iştirakçıların inkişafı qiymətləndiriləcək. Proqramın nəticələrinə uyğun olaraq iştirakçılar üçün Bir ekosistemində təcrübə proqramlarında iştirak və karyera imkanları nəzərdə tutulur.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
15:27 02.10.2026
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
15:06 02.10.2026
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
15:03 02.10.2026
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
14:49 02.10.2026
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
14:46 02.10.2026
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
14:21 02.10.2026
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
14:10 02.10.2026
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
14:05 02.10.2026
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
13:58 02.10.2026
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
13:48 02.10.2026
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
13:39 02.10.2026
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR