Əməkdar artist Teymur Əmrah uzun ömür yaşamaq istədiyini deyib.
AZXEBER.COM xəbər verir ki, o Xəzər TV-də yayımlanan "5də5" verilişində qonaq olarkən deyib:
"Anamın 98 yaşı var idi, bu yaxınlarda rəhmətə getdi. Həyat o qədər şirindi ki, 200 il yaşamaq istəyirəm. Baxın biz bu dünya ilə vidalaşıb, gedəcəyik. Bir də gəlməyəcəyik. Amma bu gözəl təbiət qalacaq".
Sözügedən görüntüləri təqdim edirik: