xari

Teymur Rəcəbov bu dəfə üçüncü yeri tutdu

İDMAN
22:07 14.02.2021
309
Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsində üçüncü yeri tutub.

34 yaşlı qrossmeyster 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyib.

Bu rəqiblə ilk oyun günündə 2,5:1,5 hesablı üstünlüklə ayrılan Rəcəbov bu gün ilk iki partiyasını da qələbə ilə başa vurub. Nəticədə ikinci oyun günündə ən azı 2:2 hesablı heç-heçəni təmin edən azərbaycanlı qrossmeyster iki günün yekununda üstün tərəf kimi cütün qalibi olub.

Final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşır. Tərəflər arasındakı görüşün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1). Bu gün isə üstünlük Sonun tərəfindədir - 1,5:0,5.

Qeyd edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsinin qalibi olmuşdu.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:50 27.02.2021

Azərbaycanda sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi

23:26 27.02.2021

Cavad Zərif: ABŞ Tehran və Bağdad arasında nifaq salmaq istəyir

23:11 27.02.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

22:52 27.02.2021

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

22:43 27.02.2021

Türkiyədə dəhşətli hadisə: Ana yeni dünyaya gətirdiyi körpəsini paltar şkafında gizlətdi, uşaq öldü

22:29 27.02.2021

Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələdi

21:49 27.02.2021

Bakıda mənzildən kişi meyiti tapıldı

21:33 27.02.2021

Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir

21:19 27.02.2021

İŞİD-çilər Suriyada qaz borusunu partlatdılar

21:07 27.02.2021

XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi ilə bağlı AÇIQLAMA

21:04 27.02.2021

Mutasiyalara təsir edəcək yeni nəsil COVID peyvəndi hazırlanır

20:56 27.02.2021

Prezidentdən bitməyən suallara zarafatla cavab: “Əgər sual varsa, mən hazıram” - VİDEO

20:06 27.02.2021

" Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir"

18:28 27.02.2021

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilir

18:14 27.02.2021

Ukraynada xəstəxanada partlayış: Yaralılar var

17:43 27.02.2021

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı