Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində çıxış edən Teymur Rəcəbov bu gün yarımfinalda növbəti görüşlərini keçirib.
Həmyerlimiz ABŞ təmsilçisi Uesli Sonla görüşüb.
Rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün bugünkü dörd qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.
Lakin ilk iki partiyadan heç-heçə ayrılan Teymur üçüncü görüşdə məğlub olduqdan sonra 4-cü qarşılaşmanın mənası qalmayıb. Beləliklə 2:1 hesabı ilə uduzan şahmatçı finala çıxmaq şansını əldən verib.
Teymur sabah üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibi Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütün