Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster Teymur Rəcəbov koronavirusa görə özünü təcrid edib.
AZXEBER.COM baku.ws-ə istinadən məlumatına görə, bu barədə qrossmeyster özü sosial şəbəkədə məlumat paylaşıb.
O, sosial mediada selfi paylaşaraq 8 gündür özünü cəmiyyətdən təcrid etdiyini qeyd edib.
Xatırladaq ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində başlayan İddiaçılar Turnirindən imtina etmişdi.
