Teymur Rəcəbov koronavirus şübhəsi ilə karantinə yerləşdirilib - FOTO

İDMAN
19:45 19.03.2020
5262

 Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster Teymur Rəcəbov koronavirusa görə özünü təcrid edib.

AZXEBER.COM baku.ws-ə istinadən məlumatına görə, bu barədə qrossmeyster özü sosial şəbəkədə məlumat paylaşıb.

O, sosial mediada selfi paylaşaraq 8 gündür özünü cəmiyyətdən təcrid etdiyini qeyd edib.

Xatırladaq ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində başlayan İddiaçılar Turnirindən imtina etmişdi. 




OXŞAR XƏBƏRLƏR