Təyyarə qəzasında ölənlərin ailələrinə 1 milyon ödəniləcək

Təyyarə qəzasında ölənlərin ailələrinə 1 milyon ödəniləcək
DÜNYA
10:15 06.05.2019
2712
Rusiyanın "Şeremetyevo” Hava Limanında baş vermiş dəhşətli təyyarə qəzasının qurbanlarının ailələrinə maddi yardım göstəriləcək.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, qəzada həlak olmuş Murmansk sakinlərinin ailələrinə 1 milyon rubl ödəniləcək. Bu barədə jurnalistlərə açıqlamasında Murmansk vilayətinin qubernatoru Andrey Çibis bildirib.

"Bu barədə sənəd bu gün imzalanacaq”, - deyə o, söyləyib.

Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn "Aeroflot” aviaşirkətinə məxsus "Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın "Şeremetyevo” Hava Limanına qəza enişini edən zaman yanıb. Hadisə nəticəsində göyərtədə olan 78 nəfərdən 41-i həlak olub.
OXŞAR XƏBƏRLƏR