“Tezliklə yanınızda olacağam” - Rza Pəhləvi İrana qayıdır? - Video

“Tezliklə yanınızda olacağam” - Rza Pəhləvi İrana qayıdır? - Video
DÜNYA
10:32 11.01.2026
1049
İranın mühacirətdə olan vəliəhdi Rza Pəhləvi yenidən xalqa çağırış edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Pəhləvi müraciətində İran küçələrinə çıxanların hakimiyyəti zəiflətdiyini dilə gətirib.

"Mənə etibarlı məlumatlar çatıb ki, İslam Respublikası küçələrdəki milyonlarla insanla qarşılaşmaq üçün ciddi muzdlu əsgər çatışmazlığı ilə üzləşir. İndiyə qədər bir çox təhlükəsizlik qüvvələri iş yerlərini tərk edib və ya xalqı yatırmaq üçün əmrlərə tabe olmayıb.

Xameneiyə qalan isə cinayətkar liderləri kimi İrandan kənar və İran əleyhinə olan və sizi - böyük İran millətini - öz düşmənləri hesab edən zorakı muzdluların azlığıdır. Bilin ki, onlar hərəkətlərinin nəticələri ilə üzləşəcəklər”, - o bildirib.

Vəliəhd bu gün saat 18:00-da xalqı yenidən küçələrə səsləyib:

"Hamınızdan dostlarınız və ailə üzvlərinizlə birlikdə şəhərlərin əsas küçələrinə qruplar şəklində getməyinizi xahiş edirəm; yol boyu bir-birinizdən və ya insanların izdihamından ayrılmayın. Həyatınızı təhlükəyə ata biləcək yan küçələrə çıxmayın.

Bilirsiniz ki, tək deyilsiniz. Dünyanın hər yerindəki həmvətənləriniz qürurla səsinizi ucaldırlar. Bu gün dünya sizin milli inqilabınızın yanındadır və cəsarətinizə heyranlıqla yanaşır.

Xüsusilə azad dünyanın lideri olaraq Prezident Tramp sizin təsvirolunmaz cəsarətinizi yaxından müşahidə edib və sizə kömək etməyə hazır olduğunu bəyan edib.

Küçələri tərk etməyin. Ürəyim sizinlədir. Bilirəm ki, tezliklə sizin yanınızda olacağam”.

Qeyd edək ki, İranda hökumət əleyhinə etirazlar 14 gündür davam edir və nümayişlər ölkənin bir çox şəhərinə yayılıb. Baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 116-ya çatıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
00:56 06.10.2026
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
00:40 06.10.2026
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
00:29 06.10.2026
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
00:16 06.10.2026
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO