'Tı, kto takoy, davay do svidaniya' məhkəməlik oldu
MARAQLI
11:08 18.06.2012
3248
Rusiyanın pop-kralı Filip Kirkorov rep ifaçısı Timatini məhkəməyə vermək qərarına gəlib. AZXEBER.COM-un anspress-ə istinadən məlumatına görə, bunu tanınmış vəkil Aleksandr Dovrovinski də təsdiqləyib. Vəkil Filip Kirkorovun populyar ifaçı Timatiyə qarşı iddiasında onun maraqlarını müdafiə edəcəyini bildirib: "Biz Timati ilə bağlı məsələləri qanun çərçivəsində həll edəcəyik. Timatinin son klipinin çəkilişinədək Filipin köməkçisi təhqirlərlə bağlı qalmaqalın müzakirəsi üçün mənim yanıma gəlmişdi". Məhkəmədə Timatini kimin təmsil edəcəyi hələ məlum deyil. Populyar repçi Filip Kirkorov tərəfdən rəsmi bəyanat gözləyir. Xatırladaq ki, iki ifaçı arasındakı münaqişənin son həddə çatmasına Timatinin son klipi olub. Repçi bu klipdə təkcə Filip Kirkorovu deyil, bütün Rusiya şou-biznesini təhqir edib. Artist klipi azərbaycalı meyxanaçıların Rusiyada çox məşhur olan "Davay do svidaniya" meyxanası üzırində çəkib. Timati və repçi dostları yeni kompozisiyalarında yerli şou-biznesin ən ağrılı problemlərinə toxunub. Musiqiçilər heç nədən qorxmayaraq rus estradasındakı çirkinlikləri və müasir ifaçıların aşağı səviyyədə olmasını açıq şəkildə qeyd edib. Timati həm də yerli şou-biznesə heç bir aidiyyatının olmadığını bildirib. Filip Kirkorov və Timati arasındakı münaqişə “Twitter” sosial şəbəkəsində başlayıb. Münaqişəyə səbəb "Muz TV" mükafatının qaliblərinin seçilməsi olmuşdu. Kirkorov Timatinin etirazına yetərincə ibrətamiz tərzdə cavab vermişdi. Repçi isə özünü saxlamayaraq qarşı tərəfi təhqir etmişdi.