Tibb bacısı: “Qəddafi ilə sevişməmişik”

Tibb bacısı: “Qəddafi ilə sevişməmişik”
Bütün Xəbərlər
15:13 05.09.2011
2031

Liviyada rejimə qarşı üsyan başlayandan sonra ölkədən qaçan Qəddafinin ukraynalı tibb bacısı Oksana Balinskaya “CNN International”a müsahibə verib.

Belinskaya digər tibb bacıları ilə birgə Qəddafiyə “Atacık” deyə müraciət etdiklərini və onlara gözəl yaşayış bəxş etdiyini qeyd edib. Belinskaya Qəddafi ilə təkbətək belə qalmadıqlarını xüsusilə vurğulayıb.

Liviya lideri üçün işləyən 5 tibb bacısından biri olan ukraynalı qadın ilk dəfə Qəddafi üçün yaxşı şeylər deyib. 25 yaşlı qadın Qəddafinin “qadını” olduqları haqqında iddiaları yalanlayaraq qeyd edib ki, onunla evin içində tək başına qala biləcəyimiz otaq belə yox idi. Ağlı başında olan bizim Qəddafi ilə münasibətdə olduğumuza dair iddialara inanmaz. O bildirib ki, “2 il ərzində onun qan təzyiqini ölçdüm, ürək döyüntülərini dinlədim və vitaminlər verdim. O çox sağlam insan idi.“Atacık bizə iş, pul və gözəl yaşayış bəxş etdi. Qəddafinin öldürülməsi, ya da həbs olunması bizi çox kədərləndirəcək. O hətta bizim xoşbəxt olub olmadığımızı da tez-tez soruşur və nəyəsə ehtiyacımız olduğu ilə maraqlanırdı”,-deyə tibb bacısı bildirib.Belinskaya Qəddafinin hər il sentyabr ayında iqtidara gəlişinin ildönümündə tibb bacıları ilə yanaşı yaxın çevrəsinə hədiyyələr verdiyini bildirib:“Bir dəfə mənə bir medalyon və üstündə özünün şəkli olan saat bağışlamışdı”. O Qəddafi üçün bildirib ki, liviyalıları dəvənin belindən endirib maşına mindirdi. /// Merkez.az
OXŞAR XƏBƏRLƏR