AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, iddialara görə, hər bir əməkdaşdan aylıq 10 manat ödəniş tələb olunub və həmin vəsaitlərin stansiyanın müdiri Bünyat Haqverdiyevin köməkçisi olduğu bildirilən Fərqanə Gülbalayevanın hesabına köçürülməsi istənilib.
Stansiyanın bölmə müdiri Bünyat Haqverdiyev isə bildirib ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən araşdırma aparılıb və hər hansı qanun pozuntusu aşkar edilməyib.
"Bu məsələ TƏBİB tərəfindən araşdırılıb və aydınlaşdırılıb. Əsaslı hər hansı fakt müəyyən edilməyib. Həmin görüntülərin sosial şəbəkələrdə konkret olaraq kim tərəfindən paylaşıldığını adbaad deyə bilmərəm. Hazırda iş prosesi normal qaydada davam edir. Burada heç bir pul yığımı hadisəsi baş vermir", - deyə o qeyd edib.











































