Türkiyənin paytaxtı Ankara şəhərində “Ankara Ticarət Palatası”nın (ATO) binasında yanğın baş verib.AZXEBER.COM-un “Doğan” agentliyinə (DHA) istinadən verdiyi xəbərə görə, yanğın ötən gün yerli vaxtla saat 21.30-da (Bakı vaxtıyla 23.30) binanın arxiv hissəsində meydana gəlib. ATO sədri Salih Bazici yanğının səbəblərinin bilinmədiyini deyib.“Mülki müdafiə və yanğından mühafizə briqadaları tərəfindən lazımi tədbirlər görülür. Yanğın da nəzarətə götürülməyə çalışılır. Əsas olan insanların təhlükəsizliyidir. Əməkdaşlarımıza heç nə olmayıb” – deyə Bezici bildirib.Arxivin çox əhəmiyyətli olduğunu deyən Salih Bezici arxivin 70 faizinin kompüter sistemine köçürüldüyünü qalan 30 faizə də heç nə olmayacağını ümid etdiklərini qeyd edib.