"Tiktokun bu hala düşməyinin günahkarı mən deyiləm" - Kənan MM

"Tiktokun bu hala düşməyinin günahkarı mən deyiləm" - Kənan MM
MAQAZİN
11:39 15.04.2025
209
"TikTok"un bu hala düşməyinin günahkarı mən deyiləm!"
 
Bu sözləri AZXEBER.COM-a müsahibəsində sevilən aktyor, rejissor Kənan Mahmudov deyib.
 
O, "TikTok"da ən məşhur simalardan biri də sizdiniz. Anidən uzaqlaşmaq qərarınız nə ilə bağlı oldu?" sualına cavab verib:

- Hər şey dadında, duzunda gözəldir. İnsanlar həyatda aid olduğu yeri bilməlidir. O dönəmlər mən bir cümləni tez-tez eşidirdim. Deyirdilər ki, "Filankəsi də tanıdıq, gördük necə adamdır". Əslində siz onu yeni tanımadınız, o, həmişə belə idi. Sadəcə, fürsət olmurdu onu yaxından tanımağa. "TikTok" sadəcə bunu inanlara göstərdi. Mən bir şeyə çox inanıram. Əgər bir şey ağdırsa, onu hara da qoysan, o ağ olaraq da qalacaq. İnsan xarakteri də belədir. Sən canlıda da o xarakterə sahibsən, telefon olmayanda da, Türkiyədə də, Amerikada da.
 
İnsanın xarakteri heç vaxt dəyişməz, olduğu səmtdə inkişaf eləyər. Əgər sən pis düşüncəli insansansa, sən pis düşüncən üzərindən də inkişaf edəcəksən. İnsan dəyişə bilməz. Sonra "TikTok"da elə hadisələr, elə şeylər baş verdi ki, dedim, aman tanırım, mən burada nə eləyirəm, mənim burada nə işim var? Amma oranın o hala düşməyinin günahkarı mən deyiləm. Ona görə də zamanı çatan kimi ora ilə sağollaşdım".
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR