Dünyanın ən məşhur gəmisi "Titanik"dən çıxarılan əşyalar gəminin batmasının 100-cü ildönümü olan 2012-ci ildə hərraca çıxarılacaq. Nyu-Yorkdakı "Guernseys" Auksion Evində aprelin 1-də keçiriləcək hərracda keramika boşqabların və "Titanik"in gövdəsindən hissələr də daxil olmaqla 5500-ə yaxın əşya satışa çıxarılacaq. Əşyaların təxmini qiymətinin 189 milyon dollar olduğu bildirilir. Hərracın nəticələri "Titanik"in bir aysberqə dəyərəl 2228 sərnişin və ekipajı ilə Atlantik okeanının şimalında buz kimi sulara gömüldüyü 15 aprel tarixinə qədər açıqlanmayacaq.